Bakıda 14 yaşlı qız ANA OLDU - Nadirdən SƏRT REAKSİYA: Qızını satan...

Bakıda 14 yaşlı qız ANA OLDU - Nadirdən SƏRT REAKSİYA: Qızını satan...
15 Noy 2019 16:48

Bakıda 14 yaşlı qız uşaq dünyaya gətirib.

Realpress.az xəbər verir ki, müğənni Nadir Qafarzadə bu tükürpədici olaya reaksiyası ilə diqqətləri üzərinə çəkib.

Müğənni bu cür dəhşətli faktlara görə valideyinləri günahlandırıb:

"Demokratiyanı və azadlığı baş-ayaq anlayan cahil, avam bəzi insancıqlar, biraz telefondan, serialdan, sosial şəbəkələrdən vaxt ayırın övladınıza. Bu uşaqların hər bir hərəkətinə görə, vaxt gələcək cavab verəcəksiniz. 12-13 yaşında qız uşağı valideyin məsuliyyətsizliyi ucbatından məhv olur. Günahkar yenə valideyin. O qızın kitab-dəftərlə məşğul olan vaxtıdır, uşaq doğmaq yox. Bir neçə manata qız övladını satan bəzi valideyinlərədir sözüm. Sizin cibinizə pul gəlsin deyə, qız uşaqlarını bədbəxt etməyin, gunahdır. Allah, bizi özümüzə qaytar! Bəziləri üçün qeyrət olub, qeyri-ət, mədəniyyət olub, mədə-niyyəti".

Qeyd edək ki, Bakı şəhəri, Xəzər rayonunda 14 yaşlı qız doğuş edib. Doğuş iyul ayında olsa da, bu barədə fakt hüquq-mühafizə orqanlarına noyabrda məlum olub. Faktla bağlı araşdırmalara başlanılıb.

Xatırladaq ki, Azərbaycan Respublikasında nikah yaşı 18 yaş müəyyən olunur. Üzrlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər.



8 May 2023
Şou-biznes

Mustafa Sandal Bakıya gəlir

Türkiyənin məşhur müğənnisi və bəstəkarı Mustafa Sandal Bakıda konsert proqramı ilə çıxış edəcək. 

23 May 2022
Şou-biznes

Conni Depp vəkili ilə eşq yaşayır?

Bədən dili üzrə ekspert Cudi Ceyms Conni Depp və vəkili Kamilla Vaskes arasında romantik münasibət olması haqda şayiələrə münasibət bildirib.

23 May 2022
Şou-biznes

Reper Dreyk Formula 1 mərcində 230 min dollar uduzdu

Məşhur kanadalı reper Dreyk İspaniya Qran Prisi başlamazdan əvvəl sosial şəbəkələrdə Formula 1 mərhələsinin nəticəsi ilə bağlı mərc etdiyi skrinşotu paylaşıb.