Realpress.az xəbər verir ki, bu kuryoz hadisəni “Ulduz yolu” idarəsinin ilk rəhbəri Nikolay Rıbkin açıqlayıb.
ABŞ kəşfiyyatçıları, sovet astronavtlarının uzun müddət işləməyə vadar edən, gücverən "möcüzəvi həblər”in olduğuna inanıblar. Buna səbəb kimi isə onların bacarmadıqları yer orbitində uzun uçuşların keçirilməsinə sovet kosmonavtlarının müvəffəq olması idi.
Amerikalılar bu mövcud olmayan dərman haqqında daha çox məlumat toplamaq üçün əllərindən gələn hər şeyi edirdilər. Bundan sonra ruslar, birgə uçuş zamanı amerikalıları bir az da həvəsləndirmək qərarına gəldilər. Sovet kosmonavtları qəsdən yeməyə oturanda bir həb çıxarıb ABŞ astronavtlarının gözü önündə qəbul edirdilər. Bu həb isə adi soda idi.
Amerika xüsusi xidmət orqanları bu həblərin mənşəyini öyrənmək üçün külli-miqdarda pul xərcləyərək laboratoriyalar qurdular. Lakin mövcud olmayan sovet "sehrli həb" in tərkibini tapa bilmədilər.
Günəşdəki güclü partlayışlar Yerdə gözlənilməz maqnit qasırğasına səbəb olub.
Avstraliya və Çilidən olan bir qrup elm adamı Çilidəki Atakama səhrasında teleskopların köməyilə apardıqları müşahidələr nəticəsində "J0529-4351" adlı son dərəcə parlaq və kütləvi kvazar ( Kvazi ulduzlar və ya kvazarlar-müşahidə olunan kainatın ən parlaq obyektləridir ) haqqında təəccüblü təfərrüat aşkarlayıblar.
Günəşdə ən yüksək “X” sinfinə aid partlayış baş verib.