Cəlil Məmmədquluzadənin nəticəsi Prezident İlham Əliyevə təşəkkür edib

Cəlil Məmmədquluzadənin nəticəsi Prezident İlham Əliyevə təşəkkür edib
18 Noy 2019 17:03

"Mən Azərbaycan Prezidenti İlham Əliyevə ulu babam Cəlil Məmmədquluzadənin 150 illiyinin qeyd olunması ilə bağlı sərəncam imzaladığına görə təşəkkürümü bildirirəm".

Realpress.az "report"a istinadən xəbər verir ki, bunu Cəlil Məmmədquluzadənin nəticəsi Martin Cavanşiri ədibin 150 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfransda çıxışı zamanı deyib.

O eyni zamanda Azərbaycanın Mədəniyyət Nazirliyinə, AMEA-nın vitse-prezidenti İsa Həbibəyliyə və digər təşkilatçılara da təşəkkür edib.

M.Cavanşiri Azərbaycan xalqının qonaqpərvərliyindən məmnun olduğunu vurğulayıb: "Mən fəxr edirəm ki, babam Cəlil Məmmədquluzadə Azərbaycan xalqı üçün bu qədər dəyərli bir şəxsdir.
Təəssüflər olsun ki, mən ulu babamın anadan olduğu yerdən kənara düşdüm. İki gündür ki, Azərbaycana gəlmişəm, bu müddət ərzində Azərbaycan xalqının qonaqpərvərliyi və səmimiliyini hiss edirəm. Bu iki gün ərzində Cəlil Məmmədquluzadənin Azərbaycan cəmiyyətində oynadığı rolu haqqında məlumatlanmışam. İndiyə qədər təsəvvürümə gətirə bilməzdim ki, babam bu qədər əhəmiyyətli bir şəxsdir".

O, bundan sonra Azərbaycanın tarixi və mədəniyyətini daha da dərindən öyrənəcəyini qeyd edib: "Dünən Şəhidlər xiyabanında və Ədəbiyyat muzeyində oldum. Bu gün isə ulu babamın məzarını ziyarət etdik və Ev Muzeyinin açılışında olduq. Bundan sonra çalışacağam ki, Azərbaycanı daha da dərindən öyrənim. Hazırda mənim oğlum da burdadır. Ümid edirəm ki, oğlum mənim əldə edə bilmədiyim məlumatları əldə edəcək.

Bir neçə gün öncə Polşadan Azərbaycana gəlmək üçün viza aldım. Amma Azərbaycanın hava limanına gələndə məlum oldu ki, cüzi bir səhv var. Məni viza bölməsinə apardılar, ancaq əməkdaşlar pasportuma baxan kimi Cəlil Məmmədquluzadənin nəslindən olduğumu dedilər. Mən fəxr edirəm ki, mənim ulu babam Cəlil Məmmədquluzadədir".



19 Apr 2024
Siyasət

Prezident Cinayət-Prosessual Məcəlləyə dəyişikliyi təsdiqlədi

Üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi proseduru müəyyənləşib.

19 Apr 2024
Siyasət

Mikayıl Cabbarov “Uğur yolu” proqramının final mərhələsinin açılışında iştirak edib - FOTO

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov “Uğur yolu” karyera inkişafı proqramının yekun mərhələsinin açılışında iştirak edib.

19 Apr 2024
Siyasət

Kamran Əliyev Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraiyyə Komitəsinin 57-ci iclasında çıxış edib (FOTO)

Xəbər verildiyi kimi, Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyətinin Çin Xalq Respublikasına işgüzar səfəri davam edib.

19 Apr 2024
Siyasət

Leyla Əliyeva poeziya gecəsində - FOTO

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva şairə, publisist Nigar Həsənzadənin poeziya gecəsində iştirak edib. 

19 Apr 2024
Siyasət

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 14 məsələ var

Milli Məclisin yaz sessiyası üzrə növbəti plenar iclası başlayıb.