Bakıda avtomobillərin sürət yarışı ağır qəzaya səbəb oldu - VİDEO

Bakıda avtomobillərin sürət yarışı ağır qəzaya səbəb oldu - VİDEO
19 Noy 2019 09:12

Bakının Yasamal rayonunda 3 nəqliyyat vasitəsinin toqquşması nəticəsində 2 nəfər xəsarət alıb.

Realpress.az APA-ya istinadla xəbər verir ki, Moskva prospektində körpünün üzərində “Hyundai" markalı avtomobil yüksək sürətlə hərəkətdə olarkən idarəetmədən çıxıb.

Bu zaman nəqliyyat vasitəsi eyni istiqamətlə gedən "Kia" və "Mercedes" markalı nəqliyyat vasitələrinə çırpılıb. Zərbənin təsirindən "Hyundai" markalı avtomobil aşıb, sürücü isə hadisə yerindən yayınıb. Qəza zamanı 2 nəfər xəsarət alıb.

Əraziyə Yasamal Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib. Qəzaya uğrayan "Mercedes" markalı nəqqliyyat vasitəsinin sürücüsünün APA-ya verdiyi məlumata görə, "Hyundai" və "Kia" markalı avtomobillərin sürücüləri eyni istiqamətdə srət yarışına çıxıb.

Avtotexniki ekspertiza təyin edilib. Hadisənin dəqiq hansı səbəbdən baş verməsi araşdırılır.



8 May 2023
Şou-biznes

Mustafa Sandal Bakıya gəlir

Türkiyənin məşhur müğənnisi və bəstəkarı Mustafa Sandal Bakıda konsert proqramı ilə çıxış edəcək. 

23 May 2022
Şou-biznes

Conni Depp vəkili ilə eşq yaşayır?

Bədən dili üzrə ekspert Cudi Ceyms Conni Depp və vəkili Kamilla Vaskes arasında romantik münasibət olması haqda şayiələrə münasibət bildirib.

23 May 2022
Şou-biznes

Reper Dreyk Formula 1 mərcində 230 min dollar uduzdu

Məşhur kanadalı reper Dreyk İspaniya Qran Prisi başlamazdan əvvəl sosial şəbəkələrdə Formula 1 mərhələsinin nəticəsi ilə bağlı mərc etdiyi skrinşotu paylaşıb.