Google şirkəti öz istifadəçiləri üçün bankçılıq fəaliyyətinə başlayacaq

Google şirkəti öz istifadəçiləri üçün bankçılıq fəaliyyətinə başlayacaq
19 Noy 2019 09:17

Google şirkəti öz servislərinin istifadəçiləri üçün maliyyə alətlərinin genişləndirilməsi planlarını açıqladı. Google Pay ödəniş servisindən əlavə olaraq şirkət yaxın zamanda öz ekosistemi çərçivəsində açıq bank hesabları funksiyasını istifadəyə verəcək.

Realpress.az technote.az-a istinadən bildirir ki, Cache adlı layihədə Google şirkətindən əlavə olaraq Citigroup bankı və Stenford Universitetinin kredit birliyi də iştirak edəcək.

Bununla belə şirkət ayrıca bank şöbələrini istifadəyə verməyəcək. O sadəcə olaraq bank ilə istifadəçilər arasında vasitəçi kimi çıxış edəcək. Qeyd etmək lazımdır ki, bu cür layihələri həmçinin ABŞ-ın digər texnoloji şirkətləri də reallaşdırırlar. Məsələn Apple şirkəti Goldman Sachs investisiya bankı ilə birlikdə istifadəçilərə Appla Card-ı təqdim edir.

Amazon şirkəti maliyyə layihələri üzrə J.P. Morgan ilə danışıqlar aparır. Facebook isə özünün kriptovalyuta layihəsinə diqqət ayırır. Gözləntilərə əsasən Google Cache servisi gələn ilin əvvəlində istifadəyə veriləcək. Bu servis vasitəsilə bank hesablarının açılması şərtləri və servisin hansı ölkələrdə aktiv olacağı barəsində bir məlumat yoxdur.


28 Fev 2024
Maraqlı

Yer kürəsində gözlənilməz maqnit qasırğası başlayıb

Günəşdəki güclü partlayışlar Yerdə gözlənilməz maqnit qasırğasına səbəb olub.

20 Fev 2024
Maraqlı

Günəşdən daha parlaq cisim kəşf edilib

Avstraliya və Çilidən olan bir qrup elm adamı Çilidəki Atakama səhrasında teleskopların köməyilə apardıqları müşahidələr nəticəsində "J0529-4351" adlı son dərəcə parlaq və kütləvi kvazar ( Kvazi ulduzlar və ya kvazarlar-müşahidə olunan kainatın ən parlaq obyektləridir ) haqqında təəccüblü təfərrüat aşkarlayıblar.

16 Fev 2024
Maraqlı

Günəşdə güclü partlayış baş verib

Günəşdə ən yüksək “X” sinfinə aid partlayış baş verib.

12 Yan 2024
Maraqlı

Günəşin kənarında güclü püskürmənin möhtəşəm görüntüsü qeydə alındı - VİDEO

Günəşin kənarında hələ nömrələnməmiş yeni günəş ləkələri qrupunda M1.94 sinifli püskürmə baş verib.