Növbəti Xiaomi Mi Mix barəsində yeni məlumat verildi

Növbəti Xiaomi Mi Mix barəsində yeni məlumat verildi
19 Noy 2019 09:42

Baxmayaraq ki, Xiaomi şirkəti sentyabr ayının sonunda Mi Mix Alpha smartfon modelini təqdim etmişdi, artıq indidən internetdə yeni Mi Mix modeli barəsində məlumatlar ortaya çıxır. Məşhur hindistanlı insayder Sudhanshu Ambhore-nin verdiyi məlumata əsasən növbəti Mi Mix modeli, üzərində ön kamera üçün nəzərdə tutulmuş çıxıntı hissə əldə edəcək.

Realpress.az technote.az-a istinadən bildirir ki, smartfonun ekranı isə Samung istehsalı olan 2K keyfiyyətli Super AMOLED olacaq. Bununla yanaşı ekran həmçinin 120 Hz təsvir yenilənməsini dəstəkləyəcək. Smartfon barəsində hələki digər bir məlumat yoxdur. Lakin güman etmək ola ki, növbəti Mi Mix modeli Snapdragon 865 prosessoru ilə təchiz olunacaq.


28 Fev 2024
Maraqlı

Yer kürəsində gözlənilməz maqnit qasırğası başlayıb

Günəşdəki güclü partlayışlar Yerdə gözlənilməz maqnit qasırğasına səbəb olub.

20 Fev 2024
Maraqlı

Günəşdən daha parlaq cisim kəşf edilib

Avstraliya və Çilidən olan bir qrup elm adamı Çilidəki Atakama səhrasında teleskopların köməyilə apardıqları müşahidələr nəticəsində "J0529-4351" adlı son dərəcə parlaq və kütləvi kvazar ( Kvazi ulduzlar və ya kvazarlar-müşahidə olunan kainatın ən parlaq obyektləridir ) haqqında təəccüblü təfərrüat aşkarlayıblar.

16 Fev 2024
Maraqlı

Günəşdə güclü partlayış baş verib

Günəşdə ən yüksək “X” sinfinə aid partlayış baş verib.

12 Yan 2024
Maraqlı

Günəşin kənarında güclü püskürmənin möhtəşəm görüntüsü qeydə alındı - VİDEO

Günəşin kənarında hələ nömrələnməmiş yeni günəş ləkələri qrupunda M1.94 sinifli püskürmə baş verib.