Fərqanə Qasımovadan “Nəsimi ili”nə möhtəşəm töhfə — VİDEO

Fərqanə Qasımovadan “Nəsimi ili”nə möhtəşəm töhfə — VİDEO
19 Noy 2019 09:57

Bu gün “Nəsimi ili” çərçivəsində Əməkdar artist Fərqanə Qasımovanın ifasında Nəsiminin “Sığmazam” qəzəlinin klip təqdimatı olub.

Realpress.az xəbər verir ki, tədbir Bakı Kitab Mərkəzində keçirilib. Tədbirdə Əməkdar artist “Sığmazam” qəzəlinə çəkilmiş klipin ərsəyə gəlmə səbəblərini açıqlayıb:

“Bu qəzəli oxumağı özümə mənəvi borc bildim. Layihəni reallaşdıra bildiyim üçün çox şadam. Hesab edirəm ki, bu qəzəl və kliplə “Nəsimi ili”nə öz töhfəmi verə bildim. Bu layihənin həyata keçməsində mənə dəstək olan şəxslərə təşəkkür edirəm. Minnətdaram”.

Qeyd edək ki, Əməkdar artist Fərqanə Qasımova ilk dəfə Oxu.Az-a müsahibəsində ilin sonuna kimi Nəsiminin “Sığmazam” qəzəlinə çəkilən klipin təqdim olunacağını açıqlamışdı:

“Mahnını dinlədim, xoşuma gəldi. Hələ heç yerdə ifa etməmişəm. Klip çəkilişlərinə görə mahnının təqdim olunması gecikir. Bu ilin sonuna kimi kliplə birlikdə tamaşaçılara təqdim etmək istəyirəm”.


8 May 2023
Şou-biznes

Mustafa Sandal Bakıya gəlir

Türkiyənin məşhur müğənnisi və bəstəkarı Mustafa Sandal Bakıda konsert proqramı ilə çıxış edəcək. 

23 May 2022
Şou-biznes

Conni Depp vəkili ilə eşq yaşayır?

Bədən dili üzrə ekspert Cudi Ceyms Conni Depp və vəkili Kamilla Vaskes arasında romantik münasibət olması haqda şayiələrə münasibət bildirib.

23 May 2022
Şou-biznes

Reper Dreyk Formula 1 mərcində 230 min dollar uduzdu

Məşhur kanadalı reper Dreyk İspaniya Qran Prisi başlamazdan əvvəl sosial şəbəkələrdə Formula 1 mərhələsinin nəticəsi ilə bağlı mərc etdiyi skrinşotu paylaşıb.