Ermənilər daha bir Azərbaycan mahnısını oğurladılar - VİDEO

Ermənilər daha bir Azərbaycan mahnısını oğurladılar - VİDEO
19 Noy 2019 12:11

Ermənilər növbəti dəfə Azərbaycan mahnısını oğurlayıb.

Realpress.az-a danışan muğam ifaçısı Eldəniz Məmmədov bildirib ki, ermənilər bu dəfə onun mahnısını öz adlarına çıxarıb:

“Vardan Yeghiazaryan adlı erməni müğənni 2010-cu ildə oxuduğum “Gözünə qurban” mahnımı oğurlayıb. Mahnının sözləri Oqtay Kamilin, sözləri isə Tunar Rəhmanoğlunundur.

İndi də erməni müğənni eyni mənim aranjimanımla mahnını ifa edib. Heç bir dəyişiklik etməyib. Mahnımın oğurlanmasını yeni öyrənmişəm. Dostlarım bu barədə məlumat verdi.

Bu, ikinci mahnımdır ki, ermənilər müraciət edir. Bundan öncə “Qoca dağlar” mahnısını oxumuşdular. O zaman musiqiyə tanınmasın deyə müəyyən əlavələr etmişdilər. Amma bu dəfə musiqidə heç bir dəyişiklik etməyiblər. Sırf mənim kimi oxuyublar”.

Eldəniz Məmmədov qeyd edib ki, azərbaycanlılara məxsus nələrisə oğurlamaq ermənilərin əsas peşəsi olub:  

“Onların xasiyyəti budur. Əclaf millətdirlər. Hər zaman musiqimizi oğurlayıblar. Həmin erməni müğənninin səsi biz tərəflərə oxşayır. Bəlkə də, Qarabağ ermənilərindəndir. Kimdirsə, bizim Qarabağ suyundan içib”.


6 Noy 2023
Mədəniyyət

“Avroviziya 2024” mahnı müsabiqəsinə seçim davam edir - FOTO

“Avroviziya 2024” mahnı müsabiqəsində ölkəmizi təmsil edəcək iştirakçının seçimləri başlayıb.

15 İyun 2022
Mədəniyyət

Leyla Əliyeva Cenevrədə “Mənim dənizlərim, mənim okeanlarım” sərgisinin açılışında iştirak edib

Heydər Əliyev Fondunun və IDEA (Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq) İctimai Birliyinin təşəbbüsü, Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə şəhərindəki bölməsi və Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsi yanında daimi nümayəndəliyinin dəstəyi ilə təşkil edilən “Mənim dənizlərim, mənim okeanlarım” (My Seas, My Oceans) sərgisinin açılışı olub.

14 İyun 2022
Mədəniyyət

Azərbaycanda kinoşünaslar üçün yeni sayt yaradılıb

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) kinoşünaslar və kinoyazarlar üçün yeni sayt təsis edib.

14 İyun 2022
Mədəniyyət

Azərbaycan Kinematoqrafçılar İttifaqı Rasim Balayevi tənqid edənlərə xəbərdarlıq edib

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) təşkilatın sədri Xalq artisti Rasim Balayevi tənqid edənlərə xəbərdarlıq edib.