Nigarla Aygün “Nəfəsim, qəlbim”oxudu — VİDEO

Nigarla Aygün “Nəfəsim, qəlbim”oxudu — VİDEO
19 Noy 2019 15:49

Müğənni Nigar Camal Əməkdar artist Aygün Bəylərlə duet ifa edib.

Realpress.az xəbər verir ki, “Nəfəsim, qəlbim” adlanan mahnının bəstəsi Nigar Camala, sözləri isə İkram Əliyevə məxsusdur.

Ekra işinin rejissoru Əli Zamansoydur. Çəkilişlər 3 gün davam edib.

Klip Azərbaycanın dilbər güşələrində -  Lənkəran, Astara və Bakıda lentə alınıb.

“Avroviziya” qalibimiz, müğənni Nigar Camal ilk bəstəsi ilə bağlı fikirlərini şərh edərkən:

“Bu mahnının mənim üçün ikiqat özəlliyi var: Birincisi, ilk bəstəmdir. İkincisi, musiqi çox dəyərli bir insana həsr olunub. Bəstənin sözlərini İkram Əliyev qələmə alıb. Əsər yaranandan duet ortağı olaraq ağlıma gələn yeganə ifaçı, sənətkar, Əməkdar artist Aygün Bəylər olub. Duyğularımı insanlara istədiyim kimi çatdırmağa sadəcə onun gözəl səsinin qatqısı ola bilərdi”,- deyə bildirib.

Qeyd ki, ekran işi müğənninin rəsmi “Youtube” kanalında paylaşılıb.




8 May 2023
Şou-biznes

Mustafa Sandal Bakıya gəlir

Türkiyənin məşhur müğənnisi və bəstəkarı Mustafa Sandal Bakıda konsert proqramı ilə çıxış edəcək. 

23 May 2022
Şou-biznes

Conni Depp vəkili ilə eşq yaşayır?

Bədən dili üzrə ekspert Cudi Ceyms Conni Depp və vəkili Kamilla Vaskes arasında romantik münasibət olması haqda şayiələrə münasibət bildirib.

23 May 2022
Şou-biznes

Reper Dreyk Formula 1 mərcində 230 min dollar uduzdu

Məşhur kanadalı reper Dreyk İspaniya Qran Prisi başlamazdan əvvəl sosial şəbəkələrdə Formula 1 mərhələsinin nəticəsi ilə bağlı mərc etdiyi skrinşotu paylaşıb.