AFFEKT halı nədir?

AFFEKT halı nədir?
20 Noy 2019 09:35

Affekt emosiya deməkdir. İnsanı coşqun və sürətli qaplayan, eyni zamanda, nisbətən qısamüddətli partlayış səciyyəsi daşıyan emosional prosesdir.

Məsələn, qəzəb, qorxu, hiddət bu qəbildəndir. Bu növ affektlər fizioloji affekt adlanır və psixikanın xəstəliyinə aid deyil.

Realpress.az Saglamolun.az-a istinadla bildirir ki, bu barədə AZƏRTAC-a Azərbaycan Tibb Universitetinin Psixiatriya kafedrasının professoru, tibb elmlər doktoru Zəfər Əliyev məlumat verib.

 

Professor bildirib ki, affektin fizioloji və patoloji növləri var: Fizioloji affekt psixi xəstəliklə əlaqəsi olmayan, xəstəlik xarakteri daşımayan emosional vəziyyətdir. Patoloji affekti fizioloji affektdən fərqləndirən başlıca əlamət birincidə düşüncənin dərin pozulmasıdır. Fizioloji affekt zamanı şəxs törətdiyi hərəkətləri dərk edir, amma bu zaman öz hərəkətlərinə nəzarət və onları idarə etmək qabiliyyəti zəifləyir. Fizioloji affekt vaxtı hadisələrin bəzi detalları unudulur.

Beləliklə, fizioloji affekt insanın düşüncəsində pozuntu yaranmasa da, onu qismən dəyişir. Affektin yaranmasının iki əsas səbəbinin olduğu ehtimal edilir. Birinci səbəb affektin yaranması üçün affektogen şəraitin olmasıdır. Yəni, affekt vəziyyəti zorakılığa, təhqirə, qorxuya, real təhlükəyə qarşı yaranır. İkinci səbəbə insanın fərdi-psixoloji xüsusiyyətləri, yəni, sinir sisteminin tipi və əsas xassələri, müvəqqəti psixofiziki hallar, yorğunluq, yuxusuzluq və s. aiddir.

Patoloji affekt isə qısamüddətli psixotik vəziyyət olmaqla psixi travma nəticəsində əmələ gəlir. Affektin bu növündə insan kiminləsə mübahisə edərkən özünə, ya da qarşısındakına xəsarət yetirir. Bir neçə saniyə, yaxud dəqiqə davam edən affekt halından sonra isə yuxu yaranır. Yuxudan oyanandan sonra həmin şəxs heç bir şey xatırlaya bilmir.

Z.Əliyevin sözlərinə görə, patoloji affekt zamanı çox təhlükəli cinayətlər törədilir və bu vəziyyətdə cinayət törədən şəxs anlaqsız hesab edilir. Başqa sözlə, cinayət məsuliyyətindən azad olunur. Həmin şəxslər haqqında məhkəmə məcburi müalicə qərarı çıxarır.

Mütəxəssis bildirib ki, patoloji affekt təhlükəli olsa da, məhkəmə psixiatriyasında çox az rast gəlinir.


28 Fev 2024
Maraqlı

Yer kürəsində gözlənilməz maqnit qasırğası başlayıb

Günəşdəki güclü partlayışlar Yerdə gözlənilməz maqnit qasırğasına səbəb olub.

20 Fev 2024
Maraqlı

Günəşdən daha parlaq cisim kəşf edilib

Avstraliya və Çilidən olan bir qrup elm adamı Çilidəki Atakama səhrasında teleskopların köməyilə apardıqları müşahidələr nəticəsində "J0529-4351" adlı son dərəcə parlaq və kütləvi kvazar ( Kvazi ulduzlar və ya kvazarlar-müşahidə olunan kainatın ən parlaq obyektləridir ) haqqında təəccüblü təfərrüat aşkarlayıblar.

16 Fev 2024
Maraqlı

Günəşdə güclü partlayış baş verib

Günəşdə ən yüksək “X” sinfinə aid partlayış baş verib.

12 Yan 2024
Maraqlı

Günəşin kənarında güclü püskürmənin möhtəşəm görüntüsü qeydə alındı - VİDEO

Günəşin kənarında hələ nömrələnməmiş yeni günəş ləkələri qrupunda M1.94 sinifli püskürmə baş verib.