İsrail ordusu Suriyanı vurduğunu rəsmən elan edib

İsrail ordusu Suriyanı vurduğunu rəsmən elan edib
20 Noy 2019 10:52


İsrail ordusu Suriyada bir neçə məntəqəyə hava zərbələri endirdiyini açıqlayıb.

Məlumatı mətbuata “Haarets” qəzeti yayımlayıb. 

Ötən gün İsrail ordusunun mətbuat xidməti Suriya ərazisindən atılan dörd raketi zərərsizləşdirdiklərini bildiriblər. 

“RİA Novosti” agentliyinin əməkdaşı çərşənbə axşamına keçən gecə Dəməşqdə partlayışlar baş verdiyi barədə məlumat verib. Suriya dövlət televiziyası hadisəni şərh edərkən bildirib ki, Hava Hücumundan Müdafiə Qüvvələri paytaxt və onun ətrafına edilən hücumların qarşısını alıb. 

“İsrail ordusu elan edib ki, çərşənbə günü İranın “Qüds” briqadası və “Bəşər Əsəd ordusu”nun mövqelərinə hücumlar təşkil edib. Hücumlar İran hərbçilərinin İsrail ərazisini hədəfə alan raket atəşlərinə cavab olaraq həyata keçirilib”, - “Haarets” qəzetində dərc olunan rəsmi açıqlamada yazılıb.

23 Apr 2024
Dünya

Türkiyə Milli Suverenlik və Uşaq Bayramı Gününü qeyd edir - VİDEO

Türkiyədə 23 aprel Milli Suverenlik və Uşaq Bayramı Günü kimi qeyd edilir.

23 Apr 2024
Dünya

Avro və lirə ucuzlaşdı - Məzənnələr

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.

23 Apr 2024
Dünya

London Ukraynaya uzaqmənzilli qanadlı raketlər verir

Böyük Britaniya Ukraynaya 500 milyon funt sterlinq (617 milyon dollar) dəyərində yeni hərbi yardım paketi ayıracaq.

23 Apr 2024
Dünya

Malayziyada helikopterlər təlim zamanı qəzaya uğradılar - ANBAAN VİDEO

Malayziyanın Lumut şəhərində hərbi parada hazırlaşan helikopterlərin təlim uçuşu zamanı qəza baş verib.