Marsa uçuş üçün yeni ölümcül təhlükə açıqlanıb

Marsa uçuş üçün yeni ölümcül təhlükə açıqlanıb
20 Noy 2019 10:57

Beynəlxalq alimlər qrupu uzunmüddətli kosmik uçuşların astronavtların sağlamlığı üçün yeni ölümcül təhlükəsini aşkarlayıb. Məlum olub ki, mikroqravitasiya daxili vidaci venanın fəaliyyətində pozuntuya səbəb olur. Bu, Marsa pilotlu missiya üçün böyük problemlər yarada bilər. Bu barədə “Science Alert” nəşrində dərc edilən məqalədə deyilir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Lenta” resursuna istinadən yazır ki, Beynəlxalq Kosmik Stansiyada olan 11 astronavtı tədqiq edən mütəxəssislər çəkisizlik şəraitində 50 gün olduqdan sonra daxili vidaci venada durğunluq və əks-qan cərəyanının yaranmasını müəyyənləşdiriblər. Ekipaj üzvlərindən birində tromboz və ya vena tıxanması aşkar edilib ki, bu da kosmik uçuş ərzində ilk dəfə müşahidə olunub. Astronavt missiya bitənədək antikoaqulyantlarla müalicə almaq məcburiyyətində qalıb.

 

Müəlliflərin elmi məqalədə yazdığına görə, mikroqravitasiya beyin qan dövranı üçün naməlum nəticələrə səbəb olmaqla başa qanın və toxuma mayesinin xroniki axınına imkan verir. Nəticədə sifət şişməkdə davam edir, ürəkdə dövr edən qanın həcmi artır, eləcə də plazma həcmi azalır.

 

Astronavtların sağlamlığı üçün hansı fəsadların yaranacağı hazırda məlum olmasa da, tədqiqatçılar çəkisizliyin həyat üçün təhlükəli vəziyyətlərə səbəb ola biləcəyindən ehtiyat edirlər. Bu səbəbdən alimlər tərəfindən əlavə tədqiqatların aparılmasının zəruriliyi vurğulanır.

Realpress.az


25 Apr 2024
Dünya

Avro və rubl bahalaşdı

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.

25 Apr 2024
Dünya

Çində daşqınlar son 100 ilin ən böyük fəlakətlərindən biri oldu - VİDEO

Çinin 127 milyon əhalisi olan Quandun əyalətindəki daşqın son 100 ilin ən böyük ikinci təbii fəlakəti hesab olunub.

25 Apr 2024
Dünya

Bayden üç ölkəyə hərbi yardım haqqında qanunu imzalayıb - VİDEO

ABŞ Prezidenti Cozef Bayden Ukraynaya hərbi yardım göstərilməsi haqqında qanun layihəsini imzalayıb.

25 Apr 2024
Dünya

İraq Prezidenti COP29-a dəvət olunub - FOTO/VİDEO

Azərbaycanın İraqdakı səfiri Nəsir Məmmədov Prezident İlham Əliyevin dəvət məktubunu İraq Prezidenti Əbdüllətif Camal Rəşidə təqdim edib.