Dostlarına kömək etmək əvəzinə faciəli ölümünü kameraya çəkdilər - VİDEO

Dostlarına kömək etmək əvəzinə faciəli ölümünü kameraya çəkdilər - VİDEO
20 Noy 2019 17:20


Çayda üzməyə gedən bir qrup uşaq boğulan dostlarına kömək etmək əvəzinə onu kameraya çəkiblər.

“Uniland”ın məlumatına görə, hadisə Hindistanın Karnataka ştatında baş verib.

Bildirilib ki, 19 yaşlı Cəfər Əyyub iki dostu ilə birlikdə çimməyə yollanıb. Onlar öz əyləncələrini kameraya çəkmək qərarına gəliblər.

Kadrlardan görünür ki, Əyyub çaya tullanır, bir az üzdükdən sonra sahilə tərəf yönəlir, lakin quruya çıxa bilmir. Dostlardan biri həyatı uğrunda mübarizə aparan gəncə əvvəlcə əlini uzatsa da, sonradan nədənsə geri çəkir və Əyyub dostlarının və yaxınlıqda duran digər qadınların gözü qarşısında batır. Heç kim ona köməyə gəlmir, dostu isə kameraya çəkməyə davam edir.

Şahidlər gənc artıq çayda gözdən itəndən sonra həyəcan təbili çalırlar. Gənc çayın dibindən çıxarılır, lakin o, həmin vaxt artıq ölmüşdü.

Hüquq mühafizə orqanları hadisə ilə bağlı istintaqa başlayıblar.


18 Apr 2024
Dünya

Qazaxıstanda daşqınlar nəticəsində 7 nəfər ölüb.

18 Apr 2024
Dünya

Rusiyada neft anbarının yaxınlığında güclü yanğın baş verib - VİDEO

Rusiyanın Voronej vilayətində neft anbarı yaxınlığında güclü yanğın baş verib.

18 Apr 2024
Dünya

Ukraynanın Çerniqov şəhərinə raket hücumu nəticəsində ölən və yaralananların sayı artıb

Çerniqovda aprelin 18-i səhər saatlarına olan məlumata görə, dünənki raket hücumu nəticəsində 18 nəfər ölüb, 77 nəfər yaralanıb. Yaralılar arasında dörd uşaq da var.