Türkiyəli general vəfat etdi — 4 gün öncə xanımı ölmüşdü

Türkiyəli general vəfat etdi — 4 gün öncə xanımı ölmüşdü
21 Noy 2019 12:00

Türkiyə Silahlı Qüvvələrinin sabiq Baş Qərargah rəisi, istefada olan ordu generalı Yaşar Büyükanıt vəfat edib.

Realpress.az “milliyet”ə istinadən xəbər verir ki, 79 yaşlı Y.Böyükanıt  uzun sürən xəstəlikdən sonra  və bu gün səhər saatlarında müalicə aldığı Aclbadem Xəstəxanasında dünyasını dəyişib.

Qeyd edək ki, o, 2006-cı ildə Baş Qərargah rəisi olub, 2008-ci ildə istefaya göndərilib. 

Səhhətindəki problemlə əlaqədar 4 gün əvvəl vəfat edən həyat yoldaşı Filiz Büyükanıtın dəfn mərasimində iştirak edə bilməyib.

Yaşar Böyükanıt kimdir?

Y.Böyükanıt Türk Silahlı Qüvvələrini 25-ci Baş Qərargah rəisi olub. O 1940-cı ildə İstanbulda anadan olub. 1961-ci ildə Quru Qoşunları Hərbi Məktəbinin, 1963-cü ildə isə Piyada Qoşunları məktəbinin məzunu olub. Bundan sonra türkiyə ordusunda müxtəlif vəzifələrdə çalışıb. 2006-cı ilin avqustindan 2008-ci ilin 30 avqustunadək  Türk Silahlı Qüvvələrinin rəisi olub. 2008-ci ildən isə pensiyaya çıxıb. 


29 Mar 2024
Dünya

Rusiyada terror qurbanları “Crocus City Hall” yaxınlığında çiçəklərlə anılır - VİDEO

Rusiyanın Moskva vilayətində yerləşən “Crocus City Hall” konsert zalında baş verən hadisədən bir həftə keçir. İnsanlar terror qurbanlarını anmaq üçün hələ də “Crocus” yaxınlığına gül gətirirlər.

29 Mar 2024
Dünya

ABŞ husilərin PUA-larını məhv edib

ABŞ Yəmənin “Ənsar Allah” (husilər) hərəkatının üsyançılarına məxsus dörd pilotsuz uçuş aparatını (PUA) məhv edib.

29 Mar 2024
Dünya

Fransada güclü qasırğa: Ölkənin qərb bölgəsi ilə nəqliyyat əlaqəsi kəsilib - VİDEO

Fransanın şimal-qərb bölgəsini vuran “Nelson” qasırğasından sonra Fransa Milli Dəmir Yolları Şirkəti həmin istiqamətdə qatarların hərəkətini dayandırıb.

29 Mar 2024
Dünya

İsrail qüvvələri Rəfaha daxil olmağa hazırlaşırlar

İsrail Qəzza zolağında hərbi əməliyyatlar zamanı Fələstinin radikal HƏMAS hərəkatının strateji aktivlərini ələ keçirib və danışıqlar zamanı onlardan istifadə etmək niyyətindədir.

29 Mar 2024
Dünya

Konqoda altı milyona yaxın insan evlərini tərk edib - SƏBƏB

Konqo Demokratik Respublikasının (KDR) şərqində silahlı qarşıdurmaların artması dağıdıcı səviyyəyə çatıb.