Kenquru hücum etdiyi qadını bu hala saldı - FOTO

Kenquru hücum etdiyi qadını bu hala saldı - FOTO
21 Noy 2019 13:31


Avstraliyanın Viktoriya ştatının sakini kenqurunun hücumu zamanı ciddi zəsarət alıb.

Bu barədə “The Mirror” xəbər verir.

Dina adlı qadın həmin vaxtı iti ilə gəzintiyə çıxarıbmış. Sahildə xaltası açılan it yaxınlıqda olan kenqurunun üzərinə cumur. Dina buna mane olmaq istədikdə isə kenqurunun hücumuna məruz qalır. Qadının sözlərinə görə, kenquru onu yıxaraq üstündə tullanmağa başlayıb. Zərərçəkən özünü müdafiə edə bilmədiyindən, son çərəni özünü ölülüyə vurmaqda görüb.

Kenquru ilə qarşılaşmanın nəticələri ciddi olub – heyvanın iti caynaqları qadının əllərində, ayaqlarında və kürəyində dərin yaralar açıb. Dinanın təkcə üzünə 25 tikiş atılıb, kəsiklərin bəziləri isə sağ göz üçün təhlükəli məsafədə olub. Qadın bir neçə gün xəstəxanada yatmalı olub.

Bununla belə, Dina baş verənlərdə özünü təqsirləndirir. Onun sözlərinə görə, insanlar heyvanlara hörmətlə yanaşmalı, onların ərazisinə soxulmamalıdırlar.

Qeyd edilir ki, qadının hücuma məruz qaldığı yerin yaxınlığında itləri xaltada saxlamaq barədə xəbərdarlıq var.


28 Mar 2024
Dünya

Tokayev Çinə səfər edib

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Boao Asiya Forumunun (BAF) 23-cü sessiyasında iştirak etmək üçün Çinə səfər edib.

28 Mar 2024
Dünya

Yük gəmisinin çırpıldığı körpüdə ölənlərin sayı açıqlandı

ABŞ-ın Merilənd ştatının Baltimor şəhərində körpünün uçması nəticəsində 6 nəfərin öldüyü təsdiqlənib.

28 Mar 2024
Dünya

Rusiyanın şərqində güclü qum fırtınası - FOTO/VİDEO

Rusiyanın Amur vilayətində, Çin-Monqolustan sərhədi yaxınlığında güclü qum fırtınası yaşanıb.

28 Mar 2024
Dünya

Peruda güclü zəlzələ olub

Peruda 5,3 maqnitudalı zəlzələ olub.

28 Mar 2024
Dünya

Fransada həyəcan təbili: Silah ehtiyatı azalır

“Fransanın raket və sursat ehtiyatı çox zəifdir”.