Komitədən Elçinin döyülməsi ilə bağlı açıqlama

Komitədən Elçinin döyülməsi ilə bağlı açıqlama
22 Noy 2019 14:42

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova telejurnalist Elçin Əlibəylinin həyat yoldaşı tərəfindən döyülməsi barədə yayılan xəbərlərə münasibət bildirib.

Realpress.az “qafqazino”ya istinadən xəbər verir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bu gün keçirilən mətbuat konfransında deyib ki, hər bir məsələ, yaxud zorakılıq halı baş verəndə Dövlət Komitəsi bununla bağlı operativ olaraq bölgələrdə, rayonlarda yaradılan monitorinq qruplarına müraciət edir:

“Bu monitorinq qrupları daha operativ reaksiya verə bilərlər. Bir çox hallarda belə məsələlər üzə çıxanda məlum olur ki, ciddi psixoloji problemlər var. Mən demirəm ki, psixi xəstədirlər, müraciət edirlər, sonra məlum olur ki, onun hansısa səbəbə görə səhhətində problem var. Sonra onlar bunu hansısa televiziyada, yaxud sosial şəbəkədə bildirirlər, araşdıranda məlum olur ki, elə də ciddi məsələ deyil.

Siz bizi də başa düşün, deyirlər ki, filan məsələ olur, Dövlət Komitəsi reaksiya vermir. Komitə hər bir halda reaksiya verir. Elə bir hal ola bilməz ki, biz reaksiya verməyək. Bu, bizim işimizdir. Amma Dövlət Komitəsinin bundan başqa ayrı işləri də var. Başa düşürsüz?! Ona görə də bizi narahat edən məsələlər barədə məlumatları çatdırırıq. Hər hadisə ilə bağlı hər dəfə açıqlama versək, bu, düzgün olmaz. Bunun üçün xüsusi aidiyyatı qurumlar, hüquq-mühafizə orqanları var. Bir çox hallarda cinayət işi açılır, konkret olaraq məlumat yoxdur ki, bu işi törədən kimdir. Bu zaman bizdən tələb edirlər ki, deyin ki, kim günahkardır?! Biz bunu deyə bilmərik, çünki hələ də araşdırma gedir. Biz bu araşdırmalar bitəndən sonra açıqlama veririk”.


19 Apr 2024
Cəmiyyət

Zaur Mikayılov Zaqatalada vətəndaşlarla görüşüb

Bu gün Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Zaqatala Suvarma Sistemləri İdarəsinin inzibati binasında Zaqatal, Balakənvə digər rayonlardan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.

19 Apr 2024
Cəmiyyət

Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonla danışdı

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Fələstin Dövlətinin Baş naziri, eləcə də xarici işlər və xaricdə yaşayan fələstinlilər üzrə naziri Məhəmməd Mustafa ilə telefon danışığı aparıb.

19 Apr 2024
Cəmiyyət

Aprelin 20-də gözlənilən hava şəraiti

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.

19 Apr 2024
Cəmiyyət

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin Xəzərdəki təlimindən görüntülər - FOTO/VİDEO

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi cari ilin hazırlıq planına əsasən, Hərbi Dəniz Qüvvələrinin (HDQ) Hərbi Hava Qüvvələri (HHQ) ilə birgə “Xəzər səması-2024” hava hücumundan müdafiənin təşkili mövzusunda taktiki təlimi keçirilib.

19 Apr 2024
Cəmiyyət

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan nefti ucuzlaşıb.