Qış - soyuqdəymə xəstəliklərinin zamanıdır

Qış - soyuqdəymə xəstəliklərinin zamanıdır
25 Noy 2019 15:15

Qış - bir çox səbəbə görə xoşagəlməz vaxtdır. Soyuq hava, vitamin azlığı, mövsümi depressiya. Hələ immunitet də zəifləyir, orqanizmin infeksiyalara qarşı müqavimətini azaldır. Buna sağlam olmayan həyat tərzini də əlavə etsəniz aydın olacaq niyə soyuqdəymə və qrip - ilin bu vaxtı praktiki olaraq hər bir evin daimi qonağıdır.  

Oynaq ağrıları, boğaz ağrısı, öskürək, zökəm, hərarət - bu xoşagəlməz simptomlar istisnasız olaraq hamıya məlumdur. Lakin bu aysberqin yalnız bir hissəsidir. Bir çox mənfi cəhətləri də var: dərsdən qalırsan, iş axınından "çıxırsan", yaxınları yoluxdurmaq riski yaranır.

Soyuqdəymə və qrip simptomları arasındakı  əsas fərq nədir?

Qrip birdən başlayır və yüksək hərarət ilə müşayiət olunur. İntoksikasiya əlamətləri meydana çıxır: titrəmə, adinamiya, əzələ və başağrıları, bədən ağrısı, quru öskürək. Kataral əlamətlər çox zəif ifadə olunur. Soyuqdəymə zamanı əlamətlər tədricən inkişaf edir. Soyuqdəymə üçün xarakterdir:  göynəmə və/və ya boğaz ağrısı, asqırma, öskürək, gözlərin yaşarması, baş ağrısı, burun tutulması və zökəm, hərarətin bir qədər və qısa müddətə yüksəlməsi.

Hərarət orqanizmin müdafiə reaksiyasıdır.

İnfeksiya özünü necə biruzə verdiyindən asılı olaraq, müxtəlif simptomatik preparatlar təyin edilir. Ancaq demək olar ki, ən çox diqqət bədən hərarətinə yetirilməlidir.

Məsələ bundadır ki, hərarətin yüksəlməsi - müdafiə reaksiyasıdır. Yüksəlmiş hərarətin təsiri nəticəsində adekvat immun cavabı təmin edən interferonların və bəzi digər maddələrin əmələ gəlməsi artır. Bundan əlavə, hərarət zamanı bir çox respirator virusların çoxalması pisləşir. Beləliklə, nə qədər ki titrəmədən dişlərimiz bir-birinə dəyir və hərarətsalıcı preparatları içmək arzusundayıq, hüceyrələrdə sürətlə sağalmanı tezləşdirən iş gedir. Buna görə də, bədən hərarətini normallaşdıran preparatların istifadəsinə tələsmək vacib deyil və ağıllı orqanizmə təbiətin özü tərəfindən qoyulmuş tapşırığı həyata keçirmək üçün imkan yaratmaq lazımdır.

Lakin düzgün olmayan həyat tərzin vəqidalanmadan, yorğunluqdan, pis vərdişlərdən, vitamin çatışmazlığından və ya digər negativ faktorların təsirindən orqanizmin müdafiə qüvvəsi aşağı düşdükdə xəstəliyi "dəf etmək" çətinləşir. Belə halda köməyə effektiv immunomodulyatorlar gəlir - təsiri immuniteti gücləndirməyə yönəlmiş vasitələr.

Materialda əks olunmuş məlumatlar müxtəlif qaynaqlardan, o cümlədən elmi-populyar məqalələr, internet materialları, rəsmi hesabatlar və s. əldə olunmuş, ümumiləşdirilmiş, tərcümə edilmiş və sistemləşdirilmişdir. Materiallardan istifadə olunduqda www.aptekonline.az saytına istinad olunma mütləqdir.

Oxuduğunuz məqalənin əsas mövzusu olan xəstəliyə qarşı, eləcə də digər xəstəliklərə qarşı effektiv və güclü mübarizə aparmaq üçün keyfiyyətli, təbii dərman vasitələri, kosmetoloji vasitələr, gigiyena və təmizlik vasitələri, uşaq qidaları və tibbi ləvazimatlar üçün 24 saat operativ xidmət   göstərən *7700 - təcili dərman çatdırılma xidmətinə müraciət edə bilərsiniz.

Sifariş üçün:
+99455 251 77 00 (Whatsapp) nömrəsinə yaza və ya *7700 nömrəsinə zəng edə bilərsiniz.
Çatdırılma ÖDƏNİŞSİZDİR.


8 Dek 2021
Səhiyyə - Sağlamlıq

Şəkərli diabet xəstələrinə verilən insulinlərin miqdarı azaldılıb? - AÇIQLAMA

Ölkədə şəkərli diabet xəstələrinin dərmanlarla təminatında ciddi problemlər var.

6 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qanda hemoqlobini artırmaq üçün vasitələr açıqlandı

Rusiyalı diyetoloq Yevgeniya Deqtyannikova qanda hemoqlobinin səviyyəsini artırmağa kömək edən bir sıra məhsullar haqqında fikirlərini bölüşüb.

3 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qəhvənin gözlər üçün gözlənilməz faydası açıqlanıb

İnsanlarda görmə kəskinliyi statik (stasionar) və dinamik (hərəkətli) şəraitdə kiçik detalları tanımaq qabiliyyəti ilə qiymətləndirilir.

20 May 2021
Səhiyyə - Sağlamlıq

Dəri xərçənginin qarşısını almaq mümkündür!

24-26 may tarixlərində, La Roche-Posay Azərbaycanın, Аzərbaycan Dermatoveneroloqlar Assosiasiyasının, Bakı Pataloji mərkəzinin təşkilatçılığı və Zəfəran Hospitalın dəstəyi ilə “Dəri xərçənginin diaqnostikası günləri” aksiyası keçiriləcəkdir.   

3 May 2021
Səhiyyə - Sağlamlıq

Hamiləlik - sağlam başlanğıcın təməli

Hamiləlik zamanı qadının orqanizmi çox ciddi yükləmələrə məruz qalır. Qadının orqanizmində yeni həyat inkişaf edir və bu həyatın normal inkişafı üçün müxtəlif vitaminlər, mikroelementlər və s. maddələr lazımdır. Hamiləlik zamanı hətta bir vacib vitaminin və ya mikroelementin çatışmazlığı həm uşağın inkişafına, həm də qadının səhhətinə mənfi təsir edir. Məsələn, uşağın sümüklərinin formalaşmasına və böyüməsinə çoxlu miqdarda kalsium elementi lazımdır. Bu element ananın orqanizminə lazım olan miqdarda daxil olmadıqda, körpədən çox ana əziyyət çəkir. Körpə ananın orqanizmindən özünə lazım olan kalsiumu sovurur ki, bunun nəticəsində ananın dişlərindən, sümüklərindən, saçlarından kalsium yuyulur. Məhz bu səbəbdən qadının orqanizmində hamiləlikdən öncə kalsium defisiti varsa və ya hamiləlik zamanı lazım olan miqdarda kalsium qəbul etmirsə, o zaman qadınlarda dişlər ovulmağa başlayır, saçlar tökülür, ayaqlarda qıcolmalar olur.