Sadə herpesin hiyləgər ağırlaşmaları

Sadə herpesin hiyləgər ağırlaşmaları
26 Noy 2019 12:35

Sadə herpes - törədicisi Sadə Herpes Virusu (SHV) olub, herpetik infeksiyanın ən çox yayılmış xəstəliyidir. Herpesin törədicisi elə virusdur ki, bir dəfə orqanizmə daxil oldusa orada həmişəlik qalır. SHV-nin mənbəyi xəstə və ya daşıyıcı (xəstəliyin xarici əlamətləri yoxdur, lakin virus tüpürcək, sidik, sidik-cinsiyyət sistemi ifrazatları vasitəsilə xaric olunur) insandır. Virus kontakt, hava-damcı yolu ilə, qan və orqan köçürülməsi zamanı ötürülür. Hamiləlik zamanı dölün yoluxması transplasentar yolla (cift vasitəsilə) va ya doğuş zamanı baş verə bilər.

Herpesin bir klassik simptomu var: dəri və selikli qişalarda suluqşəkilli səpgiləri. Suluqlar kiçik qruplarda birləşir. Xəstəliyin həmçinin qabaqlayıcı simptomları da vardır: yanğı, göynəmə hissi, ağız ətrafı və cinsi orqanlarda yüngül keyləşmə hissi. Bu əlamətlərə praktiki olaraq heç kim fikir vermir, hərçənd bu mərhələdə müalicə maksimal effekt verə bilər. Daha sonra isə xəstəlik iltihabi prosesin inkişafı ilə gedir. Sürətlə böyüyən kiçik şişkinlik əmələ gəlir. Şişkinlik şəffaf möhtəviyyatlı suluqlara çevrilir. Onlar partlayır və daxilində milyon virus olan möhtəviyyat xaricə tökülür. Suluqların yerində xora əmələ gəlir. Xoralar quruyur, ağrılı və qanayan yaraya çevrilirlər.

SHV-nin ağırlaşmaları. Zəif immun sistemə malik insanlarda SHV infeksiyası həftələrlə sağalmayan və böyüyüb inkişaf edən xoralara çevrilir. İnfeksiya orqanizm daxilində inkişaf edə bilər, qida borusuna, ağciyərlərə, baş beyinə, baş və onurğa beynini (beyin qişaları) əhatə edən toxumalara və ya yoğun bağırsağa keçə bilər. Qida borusu xoraları udma zamanı ağrılara, ağciyərlərdə infeksiya isə öskürək və boğulma ilə müşahidə olunan pnevmoniyaya səbəb ola bilər. SHV buynuz qişanın patologiyasına gətirib çıxara və əhəmiyyətli dərəcədə görməni poza bilər. Uşaqlarda və böyüklərdə atopik ekzema adlanan xəstəliyin SHV ilə ağırlaşması ölümcül herpetik ekzema xəstəliyinə gətirib cıxara bilər. Nadir hallarda SHV anadan uşağa (neonatal herpes) keçir. Uşaqlar SHV-ni çox çətin keçirir. Yenidoğulmuşlarda ümumi yoluxma, dəri və beyin zədələnməsi baş verə bilər. SHV müalicə olunmazsa generalizə olunmuş proseslər zamanı xəstələrin 85%-i, baş beyin infeksiyaları zamanı isə demək olar ki, yarısı tələf olur.

SHV ilə mübarizə üsulları. Hazırda SHV-ni məhv edən preparat yoxdur. Lakin virusəleyhinə olan asiklovir, valasiklovir və ya famsiklovir kimi preparatlar diskomfort hissini və əlamətləri azalda bilər. Müalicə nə qədər tez başlayarsa (adətən simptomların başladığı ilk saatlar ərzində - suluqlar əmələ gələnədək diskomfort və keyləşmə hissi var ikən) o qədər daha effektlidir. Nəzərə alsaq ki, əhalinin çox hissəsi herpes virusunun daşıyıcısıdır, bu halda profilaktikanın əsas vəzifəsi yoluxmanın deyil, xəstələnmənin qarşısını almaqdır. Bu məsələnin öhdəsindən güclü immun sistemi gələ bilər. İmmun sistemi güclü saxlamaq üçün isə bir neçə sadə qaydanı yerinə yetirmək lazımdır: pis vərdişlərdən əl çəkməli, yaxşı qidalanmalı, yüklənmələri və istirahət zamanını düzgün bölüşdürməli, stressdən, hədsiz  isti və soyuq şəraitdən qaçmaq lazımdır.

Materialda əks olunmuş məlumatlar müxtəlif qaynaqlardan, o cümlədən elmi-populyar məqalələr, internet materialları, rəsmi hesabatlar və s. əldə olunmuş, ümumiləşdirilmiş, tərcümə edilmiş və sistemləşdirilmişdir. Materiallardan istifadə olunduqda www.aptekonline.az saytına istinad olunma mütləqdir.

Oxuduğunuz məqalənin əsas mövzusu olan xəstəliyə qarşı, eləcə də digər xəstəliklərə qarşı effektiv və güclü mübarizə aparmaq üçün keyfiyyətli, təbii dərman vasitələri, kosmetoloji vasitələr, gigiyena və təmizlik vasitələri, uşaq qidaları və tibbi ləvazimatlar üçün 24 saat operativ xidmət   göstərən *7700 - təcili dərman çatdırılma xidmətinə müraciət edə bilərsiniz.

Sifariş üçün:
+99455 251 77 00 (Whatsapp) nömrəsinə yaza və ya *7700 nömrəsinə zəng edə bilərsiniz.
Çatdırılma ÖDƏNİŞSİZDİR.


8 Dek 2021
Səhiyyə - Sağlamlıq

Şəkərli diabet xəstələrinə verilən insulinlərin miqdarı azaldılıb? - AÇIQLAMA

Ölkədə şəkərli diabet xəstələrinin dərmanlarla təminatında ciddi problemlər var.

6 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qanda hemoqlobini artırmaq üçün vasitələr açıqlandı

Rusiyalı diyetoloq Yevgeniya Deqtyannikova qanda hemoqlobinin səviyyəsini artırmağa kömək edən bir sıra məhsullar haqqında fikirlərini bölüşüb.

3 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qəhvənin gözlər üçün gözlənilməz faydası açıqlanıb

İnsanlarda görmə kəskinliyi statik (stasionar) və dinamik (hərəkətli) şəraitdə kiçik detalları tanımaq qabiliyyəti ilə qiymətləndirilir.

20 May 2021
Səhiyyə - Sağlamlıq

Dəri xərçənginin qarşısını almaq mümkündür!

24-26 may tarixlərində, La Roche-Posay Azərbaycanın, Аzərbaycan Dermatoveneroloqlar Assosiasiyasının, Bakı Pataloji mərkəzinin təşkilatçılığı və Zəfəran Hospitalın dəstəyi ilə “Dəri xərçənginin diaqnostikası günləri” aksiyası keçiriləcəkdir.   

3 May 2021
Səhiyyə - Sağlamlıq

Hamiləlik - sağlam başlanğıcın təməli

Hamiləlik zamanı qadının orqanizmi çox ciddi yükləmələrə məruz qalır. Qadının orqanizmində yeni həyat inkişaf edir və bu həyatın normal inkişafı üçün müxtəlif vitaminlər, mikroelementlər və s. maddələr lazımdır. Hamiləlik zamanı hətta bir vacib vitaminin və ya mikroelementin çatışmazlığı həm uşağın inkişafına, həm də qadının səhhətinə mənfi təsir edir. Məsələn, uşağın sümüklərinin formalaşmasına və böyüməsinə çoxlu miqdarda kalsium elementi lazımdır. Bu element ananın orqanizminə lazım olan miqdarda daxil olmadıqda, körpədən çox ana əziyyət çəkir. Körpə ananın orqanizmindən özünə lazım olan kalsiumu sovurur ki, bunun nəticəsində ananın dişlərindən, sümüklərindən, saçlarından kalsium yuyulur. Məhz bu səbəbdən qadının orqanizmində hamiləlikdən öncə kalsium defisiti varsa və ya hamiləlik zamanı lazım olan miqdarda kalsium qəbul etmirsə, o zaman qadınlarda dişlər ovulmağa başlayır, saçlar tökülür, ayaqlarda qıcolmalar olur.