Boks əfsanəsi Məhəmməd Əlinin ikinci həyat yoldaşı Xəlilə Kamaço Əli WBC versiyası üzrə ağır çəkidə dünya çempionu, amerikalı boksçu Deontey Uaylderin uğurlarını yüksək qiymətləndirib.
“Mirror” xəbər verir ki, əfsanəvi boksçunun həyat yoldaşı Uaylderi “rinqin əsl kralı” adlandırıb.
“Daha heç nəyi sübut etməyə gərək yoxdur – sadəcə, öz işinlə məşğul ol. Ən böyüklər dərhal görünür və sən tarixin ən böyüyüsən. Təşəkkürlər sənə!”, - Əli bildirib.
Xatırladaq ki, 23 noyabrda məğlubedilməz amerikalı 10-cu dəfə WBC çempionu titulunu müdafiə edib. O, yeddinci raundda kubalı rəqibi Luis Ortisi məğlub edib.
Kişi həndbolçular arasında Azərbaycan çempionatının həlledici mərhələsində ilk oyunların təqvimi müəyyənləşib.
Kəlbəcərdə infrastruktur işləri görülür.
Qadınlar arasında idman gimnastikası üzrə Azərbaycan milli komandasının üzvü Nazənin Teymurova Dohada keçirilən Dünya Kubokunda tir üzərində hərəkətlər proqramında finala yüksəlib.
Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev Vaşinqton şəhərində Beynəlxalq Valyuta Fondu (IMF) və Dünya Bankı Qrupunun keçirdiyi yaz toplantısı çərçivəsində İqlim Fəaliyyəti üzrə Maliyyə Nazirləri Koalisiyasının 11-ci iclası çərçivəsində ABŞ-nin keçmiş dövlət katibi Con Kerri ilə görüşüb.