Qorxulu yuxu görməyin orqanizmə faydası məlum olub

Qorxulu yuxu görməyin orqanizmə faydası məlum olub
02 Dek 2019 09:19

Kabus görərkən keçirdiyimiz qorxu hissi real həyatda stressin öhdəsindən gəlməyə yardım edir.

Realpress.az bildirir ki, bu nəticəyə Cenevrə Universitetinin alimləri gəliblər. Onların araşdırmalarının nəticələri “Human Brain Mapping” portalında dərc olunub.

Təcrübələrdə 18 nəfər iştirak edib. Alimlər onlar yuxuda ikən beyinlərinin aktivliyini müşahidə ediblər. Müəyyən olunub ki, könüllülər qorxulu yuxular görərkən beyinlərinin stressə cavabdeh olan hissəsi aktivləşir.

Daha sonra həmin adamlar oyaq olarkən beyinlərinin həmin hissəsinin fəaliyyəti aşağı düşməyə başlayır.


28 Fev 2024
Maraqlı

Yer kürəsində gözlənilməz maqnit qasırğası başlayıb

Günəşdəki güclü partlayışlar Yerdə gözlənilməz maqnit qasırğasına səbəb olub.

20 Fev 2024
Maraqlı

Günəşdən daha parlaq cisim kəşf edilib

Avstraliya və Çilidən olan bir qrup elm adamı Çilidəki Atakama səhrasında teleskopların köməyilə apardıqları müşahidələr nəticəsində "J0529-4351" adlı son dərəcə parlaq və kütləvi kvazar ( Kvazi ulduzlar və ya kvazarlar-müşahidə olunan kainatın ən parlaq obyektləridir ) haqqında təəccüblü təfərrüat aşkarlayıblar.

16 Fev 2024
Maraqlı

Günəşdə güclü partlayış baş verib

Günəşdə ən yüksək “X” sinfinə aid partlayış baş verib.

12 Yan 2024
Maraqlı

Günəşin kənarında güclü püskürmənin möhtəşəm görüntüsü qeydə alındı - VİDEO

Günəşin kənarında hələ nömrələnməmiş yeni günəş ləkələri qrupunda M1.94 sinifli püskürmə baş verib.