Bakıda kafedə silahlı insident: Xəsarət alanlar var

Bakıda kafedə silahlı insident: Xəsarət alanlar var
02 Dek 2019 12:24


Bakıda kafedə silahlı insident olub.

APA -nın məlumatına görə, hadisə paytaxtın Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən “Günəşli” kafesində qeydə alınıb.

Polisə adıçəkilən kafedə silah təqbiq edilməsi barədə məlumat daxil olub. Daxil olan məlumat əsasında dərhal əraziyə əməliyyat qrupu göndərilib.

Araşdırmalar zamanı müəyyənləşdirilib ki, bir qrup şəxs ictimai qaydanı kobud sürətdə pozaraq, cəmiyyətə açıqca hörmətsizlik edərək, silahla vətəndaşlar üzərində zor tətbiqi ilə xuliqanlıq ediblər.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi ilə cinayət işi başlanıb, saxlanılanlar var.

18 Yan 2020
Kriminal

İstanbulda xəncərlə restorana hücum edən şəxs öldürüldü - VİDEO

Türkiyənin İstanbul şəhərində iri xəncərlə restorana girən şəxs ətrafa hücum edib.

16 Yan 2020
Kriminal

Nərminin anası ŞOK FAKTLAR açdı: "Qızım qatildən qaçıb, qonşular görüb xəbər etməyiblər" - VİDEO

Vəhşicəsinə qətlə yetirilən 10 yaşlı Nərminin anası qızının ölümündə şübhəli bilinən İlkin Süleymanla yanaşı onun anasını və bacılarını günahlandırıb.

10 Yan 2020
Kriminal

Nərminin qətli ilə bağlı şok faktlar: Qatil onu boş evdə saxlayıb... - ÖZƏL

Nərminin qətli ilə bağlı şok faktlar: Qatil onu boş evdə saxlayıb... - ÖZƏL