72 yaşlı Əməkdar artist gözəlliyinin sirrini açdı

72 yaşlı Əməkdar artist gözəlliyinin sirrini açdı
04 Dek 2019 09:57

Heç bir estetik əməliyyat etdirməmişəm. Həm xoş xasiyyətli olduğum, həm də özümə fikir verdiyim üçün belə cavan qalmışam.

Realpress.az istinadla bildirir ki, bunu Oxu.Az-a danışan 72 yaşlı Əməkdar artist və rəssam Suğra Bağırzadə gözəllik və formada qalma sirrlərini bölüşərkən deyib.

“Hər səhər idman edirəm. Sağlam qidalanmağa fikir verirəm. Özüm-özümə qulluq edirəm. Maskalardan istifadə etməklə yanaşı, üzüm üçün bütün təmizlik proseslərinə də riayət edirəm.

 

Axşamdan dəmlədiyim zəfəranı hər səhər içirəm. Onu heç bir qida yemədən qəbul edirəm. Həmçinin gözümü dəmlədiyim zəfəran suyu ilə də yuyuram. Ümumiyyətlə, zəfəran çox xeyrlidir”, - deyə Əməkdar artist bildirib.

Aktrisaya təkliflər gəlsə də, səhhətinə və yaşına görə efirlərdən uzaqlaşdığını qeyd edib: “Dağıntılar altında” serialında çəkildiyim zaman yıxıldığım üçün ayağım qırılmışdı. Ona görə də serialın sonuna kimi, ancaq yataqda oldum.

Hələ ki, indi-indi gəzməyə başlamışam. Ona görə də üzərimə çətin bir iş götürmək istəmirəm. Təkliflər var, amma həm yaşıma, həm də yıxılmağıma görə özümə fikir verməliyəm”.  

Yerli seriallarla bağlı səsləndirilən tənqidlərə gəlincə, Suğra Bağırzadə hər şeyin səviyyəsinin ona qoyulan sərmayədən asılı olduğunu bildirib: “Pul önəmlidir. Sərmayənin yaxşı olması əsasdır. Film və seriallara istənilən və ya tələb olunan gəlir qoyulsa, hər şey yaxşı olacaq”.


28 Fev 2024
Maraqlı

Yer kürəsində gözlənilməz maqnit qasırğası başlayıb

Günəşdəki güclü partlayışlar Yerdə gözlənilməz maqnit qasırğasına səbəb olub.

20 Fev 2024
Maraqlı

Günəşdən daha parlaq cisim kəşf edilib

Avstraliya və Çilidən olan bir qrup elm adamı Çilidəki Atakama səhrasında teleskopların köməyilə apardıqları müşahidələr nəticəsində "J0529-4351" adlı son dərəcə parlaq və kütləvi kvazar ( Kvazi ulduzlar və ya kvazarlar-müşahidə olunan kainatın ən parlaq obyektləridir ) haqqında təəccüblü təfərrüat aşkarlayıblar.

16 Fev 2024
Maraqlı

Günəşdə güclü partlayış baş verib

Günəşdə ən yüksək “X” sinfinə aid partlayış baş verib.

12 Yan 2024
Maraqlı

Günəşin kənarında güclü püskürmənin möhtəşəm görüntüsü qeydə alındı - VİDEO

Günəşin kənarında hələ nömrələnməmiş yeni günəş ləkələri qrupunda M1.94 sinifli püskürmə baş verib.