İl ərzində xarab olmayan yeni alma sortu yetişdirildi

İl ərzində xarab olmayan yeni alma sortu yetişdirildi
05 Dek 2019 10:44

ABŞ-ın Corc Vaşinqton Universitetinin tədqiqatçıları saxlama şəraitinə riayət etməklə il ərzində xarab olmayan yeni alma sortu yetişdiriblər. Meyvələr artıq ABŞ-da satışa çıxarılıb.

"Ölkə.Az" trend-ə istinadən xəbər verir ki, “Enterprise” və “Honeycrisp” növlərinin birləşdirilməsi nəticəsində yaranan yeni sort almalar “Cosmic Crunch” (“Kosmik xırtıltı”) adlandırılıb.

Sıx toxuma strukturuna, yüksək miqdarda turşuluq və şəkərə malik olan bu alma növü +10 dərəcə temperaturda 12 aya qədər, soyuducuda altı aya qədər, otaq temperaturunda isə bir neçə həftə saxlanıla bilər.

Tədqiqatçılar qeyd edirlər ki, adi alma sortlardan fərqli olaraq yeni sort tünd ləkələrin yaranması, donma, yerə düşmə zamanı əzilmə, həmçinin karbon qazının yüksək konsentrasiyası və oksigenin aşağı olması kimi prosseslərə qarşı zəif həssaslığa malikdir.

Qeyd edək ki, alimlər yeni alma sortunun yetişdirilməsi ilə 1997-ci ildən məşğuldurlar.



28 Fev 2024
Maraqlı

Yer kürəsində gözlənilməz maqnit qasırğası başlayıb

Günəşdəki güclü partlayışlar Yerdə gözlənilməz maqnit qasırğasına səbəb olub.

20 Fev 2024
Maraqlı

Günəşdən daha parlaq cisim kəşf edilib

Avstraliya və Çilidən olan bir qrup elm adamı Çilidəki Atakama səhrasında teleskopların köməyilə apardıqları müşahidələr nəticəsində "J0529-4351" adlı son dərəcə parlaq və kütləvi kvazar ( Kvazi ulduzlar və ya kvazarlar-müşahidə olunan kainatın ən parlaq obyektləridir ) haqqında təəccüblü təfərrüat aşkarlayıblar.

16 Fev 2024
Maraqlı

Günəşdə güclü partlayış baş verib

Günəşdə ən yüksək “X” sinfinə aid partlayış baş verib.

12 Yan 2024
Maraqlı

Günəşin kənarında güclü püskürmənin möhtəşəm görüntüsü qeydə alındı - VİDEO

Günəşin kənarında hələ nömrələnməmiş yeni günəş ləkələri qrupunda M1.94 sinifli püskürmə baş verib.