Saçları tez-tez boyamaq XƏRÇƏNG YARADIR - Mütəxəssislərdən XƏBƏRDARLIQ

Saçları tez-tez boyamaq XƏRÇƏNG YARADIR - Mütəxəssislərdən XƏBƏRDARLIQ
05 Dek 2019 16:30

“Saç boyası xərçəngə səbəb olurmu” sualının cavabı milyonlarla qadını maraqlandırır. Mütəxəssislər bu sualın cavabını qismən tapıb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, son aparılan tədqiqatlar mütəmadi olaraq boyanan və kimyəvi saç düzəldicilərindən istifadə edən qadınlarda döş xərçənginin daha geniş yayıldığını iddia edib. Bu barədə ABŞ Milli Sağlamlıq İnstitutu 46 min 709 qadının iştirak etdiyi araşdırma aparıb. Mütəmadi olaraq saçlarını boyayan qadınlarda döş xərçəngi riskinin boyamayanlardan yüksək olduğu üzə çıxıb.

Hər 5-8 həftədən bir saçlarını boyayan Afrika əsilli amerikalı qadınlarda süd vəzi xərçənginin yaranma riskinin 60 faiz, ağ dərili qadınlarda isə 8 faiz olduğu sübuta yetirilib.

 

Tədqiqatda o da məlum olub ki, hər 5-8 həftədən bir kimyəvi saç düzəldicilərindən istifadə edən qadınlarda döş xərçənginin inkişaf etmə riski 30 faizdir.

Maraqlıdır ki, mütəxəssislər yarıqalıcı və ya daimi olmayan saç boyaları ilə döş xərçəngi arasında əlaqənin olmadığını irəli sürüb. Tədqiqat qrupunun rəhbəri Aleksandra Vayt saç boyalarının döş xərçənginə təsir səbəbinin tapılmadığını söyləyib:

“Mütəxəssislər uzun müddətdir saç boyası və xərçəng arasındakı mümkün əlaqəni araşdırsa da, nəticələr uyğun deyildi. Tədqiqatımızda saç boyası istifadəsinin döş xərçəngi riskini artırdığını gördük. Təsiri xüsusilə də Afrika əsilli amerikalı qadınlarda daha güclüdür”.

Realpress.az


28 Mar 2024
Cəmiyyət

Sumqayıtda avtomobil yollarının təmirinə başlanılıb

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Sumqayıt şəhərində avtomobil yollarının əsaslı təmiri ilə bağlı ölkə Prezidentinin Sərəncamına əsasən genişmiqyaslı təmir-tikinti işlərinə başlayıb.

28 Mar 2024
Cəmiyyət

Dövlət İmtahan Mərkəzi auditor seçir

Dövlət İmtahan Mərkəzi (DİM) 2023-2024-cü illər üzrə maliyyə hesabatlarının auditi üçün kotirovka sorğusu elan edib.

28 Mar 2024
Cəmiyyət

Sabah 20° isti olacaq

Mart 29-na gözlənilən hava proqnozu açıqlanıb.

28 Mar 2024
Cəmiyyət

Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir

Bu gecə Azərbaycanda Ramazan ayının ehtimal edilən ilk Qədr (əhya) gecəsidir.

28 Mar 2024
Cəmiyyət

Nazir: “Strateji sahələrin təmsilçilərinə təbriklərimizi çatdırırıq” - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanları əməkdaşlarının peşə bayramları münasibəti ilə təbrik edib.