ABŞ Suriyanın şimal-şərqindəki qoşunlarını çıxardı

ABŞ Suriyanın şimal-şərqindəki qoşunlarını çıxardı
05 Dek 2019 16:48

ABŞ Suriyanın şimal-şərqindən qoşunlarının çıxarılması və yenidən yerləşdirilməsi prosesini başa çatdırıb.

Realpress.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ Müdafiə naziri Mark Esper danışıb.

Nazirin sözlərinə görə, Suriyada 600 ABŞ hərbi qulluqçusu qalacaq.

"Hərbçilərin sayı bu rəqəm ətrafında olacaq. Əgər nələrinsə baş verdiyini görsək, mən iştirakımızı bir qədər gücləndirə bilərəm", - Esper bildirib.

Pentaqon rəhbəri gələcəkdə ABŞ-ın müttəfiqlərinin regiona öz hərbi qulluqçularını göndərəcəyi halda Suriyada amerikalı hərbçilərin sayının azaldılmasını da istisna etməyib.

"Əgər NATO müttəfiqi ölkə bizə 50 nəfər versə, ola bilsin ki, mən öz 50 nəfərimi geri çağırdım", - Esper qeyd edib.


29 Mar 2024
Dünya

Braziliyada 25 mərtəbəli bina alovlara büründü - VİDEO

Braziliyanın Resife şəhərinin çoxmərtəbəli bina yanır.

29 Mar 2024
Dünya

“Crocus City Hall”da törədilən terror aktında xəsarət alanların sayı artdı

Rusiyada “Crocus City Hall”da martın 22-də törədilən terror aktında xəsarət alanların sayı 382 nəfərə çatıb.

29 Mar 2024
Dünya

Hərbi təyyarə dənizə düşdü

Sevastopol yaxınlığında hərbi təyyarə dənizə düşüb, lakin şəhərin mülki obyektlərinə ziyan dəyməyib.