Dünyanın ən bahalı Yeni il yolkası quraşdırıldı

Dünyanın ən bahalı Yeni il yolkası quraşdırıldı
07 Dek 2019 09:34

Dünyanın ən bahalı Yeni il yolkasını İspaniyanın Marbel şəhərində yerləşən “Kempinski Baya” otelində quraşdırıblar.
Realpress.az “qafqazinfo”ya istinadən məlumatına görə, onun qiyməti 12 milyon funt sterlinq (15 milyon 787 dollar) təşkil edir.

Altı metrlik ağacın bəzədilməsi üçün üç min ədəd Svarovski kristalından istifadə olunub. Bundan başqa, yolkanın üzərinə qızıl və almaz örtüklü əsl dəvəquşu yumurtaları, eləcə də safir və brilliant daş-qaşlar, dəbdəbəli parçalar asılıb.

Böyük Britaniyadan olan dünyanın ən bahalı dizayneri Debbi Vinqhem bu yolka üçün 500 ədəd dekor elementi hazırlayıb. Onların hər biri əl işidir.

Unikal ağac 7 günün 24 saatı otelin mühafizə xidməti tərəfindən qorunur.


18 Apr 2024
Cəmiyyət

Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyəti dayandırılır

2021-ci il yanvarın 30-da Ağdamda yaradılan Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi öz fəaliyyətini dayandırır.

18 Apr 2024
Cəmiyyət

Milli Məclisdə Yeni Kaledoniya nümayəndələrinin iştirakı ilə konfrans keçirilir

Milli Məclisdə “Tarix, Müasir çağırışlar və Gözlənilən Gələcək” mövzusuna həsr edilmiş konfrans təşkil olunub.

18 Apr 2024
Cəmiyyət

İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir, ikisinin inşası başa çatıb

“Böyük Qayıdışa dair I dövlət proqramı çərçivəsində azad olunan ərazilərdə hazırda beş ümumi təhsil müəssisəsi fəaliyyət göstərir”.

18 Apr 2024
Cəmiyyət

Naxçıvanda təhsil ilə bağlı YENİLİKLƏR

“Bu ilin iyun ayında Naxçıvan Muxtar Respublikasında da ilk dəfə təhsilverənlərin sertifikatlaşdırma imtahanı keçiriləcək”.

18 Apr 2024
Cəmiyyət

Sabah 30 dərəcə isti olacaq - PROQNOZ

Azərbaycan ərazisində aprelin 19-na gözlənilən hava proqnozu açıqlanıb.