ABŞ "Amazon" filiallarını kontrafakt məhsullar satanlar siyahısına sala bilər

ABŞ "Amazon" filiallarını kontrafakt məhsullar satanlar siyahısına sala bilər
07 Dek 2019 09:41

ABŞ hökuməti, "Amazon" şirkətinin bəzi xarici filiallarının kontrafakt məhsullar yayan ticarət platformaları siyahısına salınma ehtimalını nəzərdən keçirir.

Realpress.az Trend-ə istinadən xəbər verir ki, müvafiq tədbirlər, hər il saxta və pirat malların satışını asanlaşdıran və ya yayan bazarların siyahısını dərc edən ABŞ-ın Ticarət Nümayəndəliyi tərəfindən həyata keçirilə bilər. Siyahının yaxın bir neçə həftə ərzində yayımlanacağı qeyd olunur və hələlik yekun qərar verilməyib. Mənbələrə görə, keçən il oxşar təşəbbüs uğursuz olub.

Öz növbəsində, onlayn rieltor mağazasında saxta məhsulların satışını qəti qadağan etdiyini və mağazanın, müştərilərin və markaların qorunmasına çoxlu sərmayə qoyulduğunu söyləyib.

"Amazon" dünyanın ən böyük onlayn pərakəndə satıcılarından biridir. ABŞ-dan əlavə şirkət Kanada, Çin, Braziliya, Yaponiya və Avropa ölkələrində fəaliyyət göstərir. Amazon.com onlayn mağazası 1995-ci ilin iyulunda fəaliyyətə başlamışdır. 30 iyun 2018-ci il tarixinə şirkət işçiləri 575,7 min nəfər təşkil etmişdir.

25 Apr 2024
Dünya

Avro və rubl bahalaşdı

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.

25 Apr 2024
Dünya

Çində daşqınlar son 100 ilin ən böyük fəlakətlərindən biri oldu - VİDEO

Çinin 127 milyon əhalisi olan Quandun əyalətindəki daşqın son 100 ilin ən böyük ikinci təbii fəlakəti hesab olunub.

25 Apr 2024
Dünya

Bayden üç ölkəyə hərbi yardım haqqında qanunu imzalayıb - VİDEO

ABŞ Prezidenti Cozef Bayden Ukraynaya hərbi yardım göstərilməsi haqqında qanun layihəsini imzalayıb.

25 Apr 2024
Dünya

İraq Prezidenti COP29-a dəvət olunub - FOTO/VİDEO

Azərbaycanın İraqdakı səfiri Nəsir Məmmədov Prezident İlham Əliyevin dəvət məktubunu İraq Prezidenti Əbdüllətif Camal Rəşidə təqdim edib.