“5G” dəstəkli “Xiaomi” smartfonları iki rejimdə işləyəcək

“5G” dəstəkli “Xiaomi” smartfonları iki rejimdə işləyəcək
07 Dek 2019 11:04

"Xiaomi" həmtəsisçisi və prezidenti Lin Bin şirkətin beşinci nəsil mobil rabitə şəbəkəsini (5G) dəstəkləyən smartfonların buraxılışı ilə bağlı planlarını açıqlayıb.

 

"ICTnews" Elektron Xəbər Xidməti "3DNews" resursuna istinadən yazır ki, Çin şirkəti "5G" istiqamətinin inkişafına böyük diqqət yetirmək niyyətindədir. Məsələn, artıq 2020-ci ildə "Xiaomi" qiyməti 300 dollardan baha bütün smartfonları "5G" dəstəyi ilə təchiz etməyi planlaşdırır.

 

Yaxın günlərdə şirkət tərəfindən "5G" modifikasiyasında da buraxılacaq "Redmi K30" smartfonlarının təqdimatı nəzərdə tutulur. Şirkət prezidenti bu qurğuların buraxılışını şərh edib.

 

"Redmi K30" modelindən başlayaraq bütün "5G" smartfonları "NSA" və "SA" şəbəkələrini dəstəkləyəcək", – o qeyd edib.

 

Başqa sözlə, "5G" dəstəkli gələcək "Xiaomi" smartfonları avtonom olmayan (NSA) və avtonom olan (SA) arxitekturalı beşinci nəsil mobil rabitə şəbəkəsini təmin edəcək modemlə təchiz ediləcək.

 

Məlumata görə, bu qurğular bütün dünyada işləyəcək. "5G" dəstəyi ilə yanaşı, bütün əvvəlki nəsil şəbəkələrdə işləmə imkanının tətbiq ediləcəyi gözlənilir.

 

"IDC" analitik şirkətinin qiymətləndirməsinə görə, "Xiaomi" aparıcı smartfon tədarükçüləri reytinqində dördüncü yeri tutur. Bu ilin üçüncü rübündə şirkət 32,7 milyon qurğu tədarük edərək dünya bazarında 9,1 faiz paya sahib çıxıb.

Realpress.az


18 Mar 2022
İT

Rusiyada vatsap bloklana bilər

Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.

11 Mar 2022
İT

Rusiyada "Instagram" bağlana bilər

Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.

2 Mar 2022
İT

Niyə məhz “Apple” brendinin M1 çipi ilə təchiz edilmiş “MacBook Air” notbuku? – FOTO

Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir. 

5 Fev 2022
İT

Almaniya teleqramı 55 milyon avro cərimələyə bilər

Almaniya hökuməti teleqram messencerini 55 milyon avro cərimələyə bilər.

4 Fev 2022
İT

Milçəkdən ilhamlanan alimlər yeni tip həşərat-robot hazırlayıblar - VİDEO

Bristol Universitetinin mühəndisləri yeni tip qanad çırpan mikrorobotlar hazırlayıblar.