Ənənəvi nəqliyyat vasitələrinin alternativi hazırlanıb

Ənənəvi nəqliyyat vasitələrinin alternativi hazırlanıb
07 Dek 2019 11:41

"Manyone" şirkəti ənənəvi nəqliyyat vasitələrinin unikal alternativini hazırlayıb. Belə ki, özündə təyyarə və qatarın üstünlüklərini birləşdirən "AeroSlide" adlı konsept adi relslər əvəzinə, innovativ maqnit halqalar sistemindən istifadəni nəzərdə tutur. Qatar məhz halqaların daxilində sürətlə hərəkət edəcək.

 

"ICTnews" Elektron Xəbər Xidməti "Ferra" resursuna istinadən yazır ki, "AeroSlide" qatarı quraşdırılmış maqnit halqalar daxilində hərəkət etməklə yerə toxunmayacaq. Elektromaqnit sahələr sayəsində 250 metrlik qatar saatda 800 km sürətlə hərəkət edəcək. Bundan başqa, alimlər tərəfindən qatarın çəkisinin azaldılması üçün üsul kəşf edilib. Alimlərin fikrincə, buna helium rezervuarlar vasitəsilə nail olmaq mümkün olacaq.

 

Şirkət mütəxəssisləri tərəfindən artıq qatarın mümkün marşrutu hesablanıb. "AeroSlide" qatarının Avropa, Asiya və Afrikanın 41 şəhərindən keçəcəyi nəzərdə tutulur. Alimlərin sözlərinə görə, yeni nəqliyyat Moskvadan Şanxaya olan məsafəni 10 saata qət edəcək.

Realpress.az


18 Mar 2022
İT

Rusiyada vatsap bloklana bilər

Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.

11 Mar 2022
İT

Rusiyada "Instagram" bağlana bilər

Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.

2 Mar 2022
İT

Niyə məhz “Apple” brendinin M1 çipi ilə təchiz edilmiş “MacBook Air” notbuku? – FOTO

Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir. 

5 Fev 2022
İT

Almaniya teleqramı 55 milyon avro cərimələyə bilər

Almaniya hökuməti teleqram messencerini 55 milyon avro cərimələyə bilər.

4 Fev 2022
İT

Milçəkdən ilhamlanan alimlər yeni tip həşərat-robot hazırlayıblar - VİDEO

Bristol Universitetinin mühəndisləri yeni tip qanad çırpan mikrorobotlar hazırlayıblar.