Azərbaycanlı cüdoçular donmaqdan son anda xilas edildilər - Qazaxıstan çöllərində

Azərbaycanlı cüdoçular donmaqdan son anda xilas edildilər - Qazaxıstan çöllərində
07 Dek 2019 12:49

Azərbaycanın yeniyetmələrdən ibarət cüdo komandası Qazaxıstan çöllərində donma təhlükəsi keçirib.

Realpress.az virtualaz.org-a istinadən xəbər verir ki, ötən gün dekabrın 6-da gecə saatlarında Atırau vilayətində polis Atırau-Həştərxan avtomobil yolunda xarab olub qalmış "Mercedes Sprinter" mikroavtobusu aşkar edib.

Polis aşkar edib ki, avtobusun salonunda 16 məktəbli və onları müşaiyət edən üç yetkin şəxs var, onlar soyuqdan donma təhlükəsi ilə üzləşiblər. Məlum olub ki, mikroavtobus Azərbaycanın cüdo üzrə yeniyetmələrdən ibarət komandasını Atırau vilayətinə, beynəlxalq yarışa aparırmış.

"Patrul ekipajı operativ şəkildə uşaqları rayon polis bölməsinə aparıb. Qonaqlara isti yemək və çay veriblər. Bir müddət sonra polis departamenti rayon icra hakimiyyəti ilə birlikdə uşaqların başqa avtobusla vilayət mərkəzinə aparılmasını təşkil edib. Polislər uşaqları Atırau şəhərinə qədər müşaiyət ediblər",-regional polis idarəsinin açıqlamasında deyilir.

Bildirilir ki, Bakıdan olan gənc cüdoçular dekabrın 10-a qədər Atırauda qalacaqlar. "Onlar sadəcə olaraq donub ölə bilərdilər, çünki avtobus xeyli vatdır şaxtada dayanmışdı",-polis departamentindən bildiriblər.

Departamentdən əlavə ediblər ki, yarışlar başa çatana qədər Azərbaycan yığmasının mikroavtobusu təmir ediləcək və onlar komandanı hökmən yolda müşaiyət edəcəklər.

Mikroavtobusun sürücüsü Murad Səfiyev xilas olduqları üçün Atırau polisinə minnətdarlıq edib və bu məqsədlə videomüraciət yayıb.


18 Apr 2024
İdman

Azərbaycan gimnastları Dünya Kubokunda finala yüksəliblər

İdman gimnastikası üzrə Azərbaycan milli komandasının üzvləri Qətərin paytaxtı Dohada keçirilən Dünya Kubokunda final mərhələsinə vəsiqə qazanıblar.

17 Apr 2024
İdman

Fərid Qayıbov ABŞ-də azərbaycanlı idmançılar və tələbələrlə görüşüb

Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov ABŞ-də fəaliyyət göstərən və təhsil alan azərbaycanlı idmançılar və tələbələrlə görüşüb.

16 Apr 2024
İdman

Azərbaycan voleybol çempionatı: yarımfinal mərhələsinin daha bir oyunu keçirilib

Kişi voleybolçular arasında Azərbaycan çempionatının Yüksək Liqasında yarımfinal mərhələsinin növbəti oyunu keçirilib.

16 Apr 2024
İdman

Olimpiadaya lisenziya qazanan Azərbaycanın 3x3 basketbol millisi Vətənə dönüb

Honkonqda təşkil olunan Olimpiya Təsnifat turnirində qalib gələrək tarixi uğura imza atan Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Vətənə dönüb.

15 Apr 2024
İdman

Azərbaycan gimnastları beynəlxalq turnirdə yeddi qızıl medal qazanıblar

Bədii gimnastika üzrə Azərbaycan millisinin üzvləri Zəhra Cəfərova və Şəms Müvəffəgi Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən birinci “Kelechek” beynəlxalq turnirində yeddi qızıl medal qazanıblar.