Sony Yaponiyanın tamkadrlı kameralar bazarında Canon və Nikon-dan irəli keçib

Sony Yaponiyanın tamkadrlı kameralar bazarında Canon və Nikon-dan irəli keçib
10 Dek 2019 09:05

BCN Ranking-in məlumatına görə, Sony Yaponiyada tamkadrlı kameralar bazarının payına görə Canon və Nikon şirkətini qabaqlayıb. 2018-ci ilin noyabr ayından 2019-cu ilin oktyabr ayına qədər isə Sony tamkadrlı kameralar, APS-C formatlı kameralar və dəyişdirilməyən obyektivə malik kameralar seqmentlərində artım nümayiş etdirib.

Realpress.az ted.az-a istinadən bildirir ki, nəticədə, bir il ərzində Yaponiyanın tamkadrlı kameralar bazarında Sony-nin payı 31,6%-dən 38%-ə qədər artıb ki, bu da ona birinci yeri tutmağa imkan verib. Canon şirkətinin il ərzində payı 37,8%-dən 36%-ə qədər azaldığı üçün ikinci yerə enib. İl ərzində Nikonun payı da 29,1%-dən 24%-ə qədər azalıb. Xatırladaq ki, söhbət tamkadrlı kameralar bazarından gedir.

Qeyd etmək lazımdır ki, Nikon şirkəti satışların həm təbii, həm də pul baxımından ən ciddi azalması ilə üzləşib. Bu, bütün istiqamətləri əhatə edib, lakin xüsusilə APS-C formatlı kameralar seqmentində özünü daha qabarıq şəkildə göstərib. Onların satışları bir il ərzində 30%-dən çox azalıb. Sony isə əksinə bu formatda kameralarının satışını 44%-dən çox artırmağa müvəffəq olub.

Maraqlıdır ki, tamkadrlı güzgüsüz kameraların satışı kameraların ümumi bazarının cəmi 10%-ni təşkil edir.


28 Fev 2024
Maraqlı

Yer kürəsində gözlənilməz maqnit qasırğası başlayıb

Günəşdəki güclü partlayışlar Yerdə gözlənilməz maqnit qasırğasına səbəb olub.

20 Fev 2024
Maraqlı

Günəşdən daha parlaq cisim kəşf edilib

Avstraliya və Çilidən olan bir qrup elm adamı Çilidəki Atakama səhrasında teleskopların köməyilə apardıqları müşahidələr nəticəsində "J0529-4351" adlı son dərəcə parlaq və kütləvi kvazar ( Kvazi ulduzlar və ya kvazarlar-müşahidə olunan kainatın ən parlaq obyektləridir ) haqqında təəccüblü təfərrüat aşkarlayıblar.

16 Fev 2024
Maraqlı

Günəşdə güclü partlayış baş verib

Günəşdə ən yüksək “X” sinfinə aid partlayış baş verib.

12 Yan 2024
Maraqlı

Günəşin kənarında güclü püskürmənin möhtəşəm görüntüsü qeydə alındı - VİDEO

Günəşin kənarında hələ nömrələnməmiş yeni günəş ləkələri qrupunda M1.94 sinifli püskürmə baş verib.