Bakıda ticarət mərkəzi yanır - YENİLƏNİB + FOTO

Bakıda ticarət mərkəzi yanır - YENİLƏNİB + FOTO
10 Dek 2019 09:22


“Ekologiya postu” yaxınlığında ticarət mərkəzi yanır.

realpress.az xəbər verir ki, hadisə Binəqədi rayonu ərazisində tikinti materialları satılan “Eurohome” mərkəzində baş verib.

Bir mağazada başlayan yanğın qısa müddətdə digərlərinə yayılıb.

Hazırda güclü yanğının bütün mağazalara yayılmasının qarşısını almaq üçün tədbirlər görülür.

Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətindən faktı təsdiqləyiblər.

08:29

Bakı şəhərinin Binəqədi rayonunda “EuroHome” tikinti materialları bazarı ərazisində yanğın başlayıb.

Bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.



23 Apr 2024
Cəmiyyət

Sabah 30 dərəcə isti olacaq - PROQNOZ

Ölkə ərazisində aprelin 24-nə gözlənilən hava proqnozu açıqlanıb.

23 Apr 2024
Cəmiyyət

Ümumdünya Kitab və Müəlliflik Hüququ Günüdür

Aprelin 23-ü Ümumdünya Kitab və Müəlliflik Hüququ Günüdür. 

23 Apr 2024
Cəmiyyət

Xankəndidə silah-sursat aşkarlanıb

Xankəndi şəhəri ərazisindən xeyli silah-sursat tapılıb.