Nazirlikdən realpress.az-a bildirilib ki, tikinti materialları bazarında baş verən yanğınla əlaqədar hadisə yerinə artıq beş briqada cəlb olunub:
“Saat 10:45-ə olan məlumata görə altı nəfərə yerində yardım göstərilib, iki nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə, bir nəfər əlin kəsilmiş yarası diaqnozu ilə Travmatologiya və Ortopediya İnstitutuna gətirilib”.
10:02
Səhiyyə Nazirliyi Bakı şəhərinin “EuroHome” tikinti materialları bazarı ərazisində baş verən yanğınla bağlı yeni məlumat yayıb.
Nazirlikdən realpress.az-a bildirib ki, tikinti materialları bazarında baş verən yanğınla əlaqədar hadisə yerinə artıq beş təcili tibbi yardım briqadası cəlb olunub:
“Saat 09:50-yə olan məlumata görə iki nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə gətirilib”.
Əlahiddə Ümumqoşun Ordunun (ƏÜO) Hərbi Hava Qüvvələrində taktiki-xüsusi təlim keçirilib.
Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı və Sahibkarlığın İnkişafı Fondu, İstehlak Mallarının Ekspertizası Mərkəzi və Sahibkarlar Konfederasiyasının tərəfdaşlığı ilə Qazaxda Aqrar Biznes Festivalı keçirilib.
“2014-cü ildən başlayaraq təhsil sistemində olimpiadalara yeni yanaşma tətbiq olundu. Sonrakı mərhələdə istedadlı uşaqların müəyyənləşdirilməsi istiqamətində işlər davam etdirildi”.