Fərqanə Qasımovanın “Nəva” muğamı Fransada - VİDEO

Fərqanə Qasımovanın “Nəva” muğamı Fransada - VİDEO
10 Dek 2019 17:08

Əməkdar artist, xanəndə Fərqanə Qasımova hazırda Parisdə qastroldadır.

Realpress.az axşam.az-a istinadən xəbər verir ki, sənətçi paytaxtın "Alliance Francaise" Teatrında çıxışa imza atıb.

Anşlaqla keçən konsertin ən yadda qalan məqamı F.Qasımovanın bir neçə il öncə yenidən səhnəyə qaytardığı Nəva muğamını ifa etməsi olub.

"Nəvanı burada səsləndirdim və tamaşaçıların göstərdiyi maraq məni heyrətə gətirdi. Bizi 4 dəfə alqışla səhnəyə qaytardılar. Uçmağa qadanım olmadı" deyə, xanəndə təəssüratlarını bölüşüb. 

Xatırladaq ki, "Nəva" Azərbaycan muğamları içərisində unudulmuş muğam dəsgahı hesab edilir. Belə ki, bu muğam uzun illərdir ifa edilmirdi. Xanəndə 2015-ci ildə sözügedən muğama müraciət edərkən onu yenidən yada salıb.

Onu da qeyd edək ki, F.Qasımovanın səfəri davam edir. O, 11 dekabr tarixində Brest şəhərində master klass keçəcək. Burada təxminən 12 xarici ölkədən musiqiçi və tələbələr iştirak edəcək.  12 dekabr isə elə həmin şəhərdə 2 saatlıq konsert proqramı ilə çıxış edəcək. Sənətçini Rauf İslamov, Zəki Vəliyev və Cavidan Nəbiyev müşayiət edirlər.


8 May 2023
Şou-biznes

Mustafa Sandal Bakıya gəlir

Türkiyənin məşhur müğənnisi və bəstəkarı Mustafa Sandal Bakıda konsert proqramı ilə çıxış edəcək. 

23 May 2022
Şou-biznes

Conni Depp vəkili ilə eşq yaşayır?

Bədən dili üzrə ekspert Cudi Ceyms Conni Depp və vəkili Kamilla Vaskes arasında romantik münasibət olması haqda şayiələrə münasibət bildirib.

23 May 2022
Şou-biznes

Reper Dreyk Formula 1 mərcində 230 min dollar uduzdu

Məşhur kanadalı reper Dreyk İspaniya Qran Prisi başlamazdan əvvəl sosial şəbəkələrdə Formula 1 mərhələsinin nəticəsi ilə bağlı mərc etdiyi skrinşotu paylaşıb.