Yer üçün təhlükəli asteroidin sirli fəaliyyətinin səbəbi bilindi

Yer üçün təhlükəli asteroidin sirli fəaliyyətinin səbəbi bilindi
11 Dek 2019 09:02

ABŞ-da Arizona Universitetinin alimləri Yer üçün potensial təhlükəli "Bennu" asteroidinin sirli fəaliyyətinin səbəbini tapıblar.

Realpress.az xəbər verir ki, bu barədə Phys.org-da dərc olunan press-relizdə bildirilir.

"OSIRIS-Rex" layihəsinin mütəxəssisləri asteroidin cənub yarımkürəsində və ekvatorunda müxtəlif yerlərdə 3 nəhəng hissəciklərin tullantısını müşahidə ediblər.

Püskürmədən sonra hissəciklər ya səma cisminin ətrafında dövr edirdilər və yenidən səthə düşürdülər, ya da kosmosa uçurdular. Onların sürəti saniyədə üç metrə, ölçüsü isə 10 santimetrə çatır.

Bununla bağlı bir neçə ehtimal irəli sürülüb: meteoritlərin zərbələri, termik dağılma və su parının çıxması.

Alimlər hesab edir ki, termik dağılma asteroidin fırlanması zamanı səthin temperaturunun qəfil dəyişməsi ilə əlaqəli ola bilər. Bu proses, həmçinin səma cismini asanlıqla tərk edən hissəciklərin parçalanmasına da şərait yaradır.

"OSIRIS-Rex" - "Bennu" asteroidindən qrunt nümunələrini çatdırmaqla vəzifələndirilmiş planetlərarası stansiyadır. Materialların 2020-ci ilin yayında toplanılması, nümunələrin isə 2023-cü ilin sentyabrında Yerə çatdırılması gözlənilir. (ölkə.az)


28 Fev 2024
Maraqlı

Yer kürəsində gözlənilməz maqnit qasırğası başlayıb

Günəşdəki güclü partlayışlar Yerdə gözlənilməz maqnit qasırğasına səbəb olub.

20 Fev 2024
Maraqlı

Günəşdən daha parlaq cisim kəşf edilib

Avstraliya və Çilidən olan bir qrup elm adamı Çilidəki Atakama səhrasında teleskopların köməyilə apardıqları müşahidələr nəticəsində "J0529-4351" adlı son dərəcə parlaq və kütləvi kvazar ( Kvazi ulduzlar və ya kvazarlar-müşahidə olunan kainatın ən parlaq obyektləridir ) haqqında təəccüblü təfərrüat aşkarlayıblar.

16 Fev 2024
Maraqlı

Günəşdə güclü partlayış baş verib

Günəşdə ən yüksək “X” sinfinə aid partlayış baş verib.

12 Yan 2024
Maraqlı

Günəşin kənarında güclü püskürmənin möhtəşəm görüntüsü qeydə alındı - VİDEO

Günəşin kənarında hələ nömrələnməmiş yeni günəş ləkələri qrupunda M1.94 sinifli püskürmə baş verib.