Heydər Əliyevin adının Volqoqrad küçələrindən birinə verilməsi təklif olundu

Heydər Əliyevin adının Volqoqrad küçələrindən birinə verilməsi təklif olundu
12 Dek 2019 15:42


Müasir Azərbaycanın tarixində 12 dekabr - kədərli bir tarixdir. 2003-cü ilin məhz bu günündə uzun sürən xəstəlikdən sonra Heydər Əliyev vəfat etdi. Heydər Əliyev yalnız Azərbaycan Respublikasının Prezidenti deyil, ən çətin dövrlərdən birində vətəninin xilasına gəlmiş, ölkəni dirçəliş və tərəqqiyə, çiçəklənməyə aparan Azərbaycan xalqının ümummilli lideridir.

Heydər Əliyevin töhfəsi beynəlxalq arenada da əhəmiyyətlidir. Buna görə də onun yüz illik yubileyi (10 May 2023) təkcə Azərbaycanda böyük bir milli bayrama deyil, eyni zamanda, bütün mütərəqqi bəşəriyyət üçün əlamətdar hadisəyə çevriləcək.

Bu günlərdə Heydər Əliyevlə birlikdə çalışmaq xoşbəxtliyinə nail olan və onun irsinin dünya siyasətində həyat kitabı kimi xidmət etdiyi dünya liderləri günəşli Bakını ziyarət etməyi özlərinə vəzifə sayacaqlar.

Odlar Yurdunun hazırkı rəhbərliyinin qəbul etdiyi əhəmiyyətli qərarların əsasında Heydər Əliyevin təcrübəsi və prinsipləri dayanır. Bu qərarlar sırasında Rusiya dövləti ilə strateji tərəfdaşlığın inkişafı və rus xalqı ilə dostluğun möhkəmləndirilməsi də var.

2013-cü ildə Volqanın qəhrəman şəhəri ilə xüsusi bağları olan Heydər Əliyevin 90 illiyi ilə əlaqədar anım mərasimində Volqoqradda Dostluq parkı açıldı: Volqoqrad-Bakı.

Əfsanəvi Mamaev kurqanı yaxınlığında Heydər Əliyev Fondu və Volqoqrad Azərbaycan icmasının qayğıkeş nümayəndələrinin sayəsində böyüklər və uşaqların istirahət etməsi üçün unikal bir yer meydana gəldi. Fondun vitse-prezidenti, əfsanəvi siyasi xadimin nəvəsi Leyla Əliyeva mərasimin fəxri qonağı oldu.

PolitRUS ekspert-analitik şəbəkəsinin təsisçisi Vitali Arkov hesab edir ki, Volqoqrad-Bakı Dostluq parkının yaradılması Volqoqrad vilayəti ilə Azərbaycan Respublikası arasında münasibətlərdə yeni mərhələnin başlanğıcı olub:

“Ümumilikdə olduğu kimi, dost ölkələrimiz arasında iqtisadi və mədəni əməkdaşlığımız da daim böyüyür və genişlənir.

Xəzərin inkişafı və beynəlxalq nəqliyyat dəhlizlərinin “çəkilməsi” layihələrində birgə iştirak bizi daha da yaxınlaşdırır.

Bilirəm ki, Azərbaycan tərəfi altı il əvvəl başladılmış Volqoqradın köhnə parklarının abadlaşdırılması və yaşıllaşdırılması, mahiyyət etibarilə isə tərk edilmiş və bir vaxtlar volqoqradlıların bir çox nəsilləri tərəfindən sevilən mədəniyyət yerlərinin həyata qaytarılması işlərini davam etdirməyə hazırdır.

Zənnimcə, Heydər Əliyevin adının Volqadakı qəhrəman şəhərin küçələrindən birinə verilməsi ictimaiyyət və Volqoqrad rəhbərliyi tərəfindən layiqli cavab addımı və Azərbaycan xalqının Ümummilli Liderinin qarşıdan gələn yüz illik yubileyi üçün xüsusi bir hədiyyə olardı.

Heydər Əliyev şəxsiyyətinin böyüklüyünü nəzərə alsaq, küçə seçimi təsadüfi ola bilməz və həmin küçə şəhərin kənarında yerləşməməlidir. Üstəlik, Volqoqradda qardaş Azərbaycan xalqı ilə tarixən əlaqəli kifayət qədər yer var”.

29 Mar 2024
Siyasət

Paytaxtın hansı küçələrində sıxlıq var? - SİYAHI + FOTO

Bakının bəzi küçə və prospektində nəqliyyatın sıxlığı müşahidə olunur.

29 Mar 2024
Siyasət

Keçmiş məcburi köçkünlərin daha bir qrupu doğma Füzuli şəhərinə qayıdır - VİDEO

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb.

29 Mar 2024
Siyasət

Azərbaycan və Ermənistan parlamentlərinin rəhbərləri may ayında görüşəcəklər - VİDEO

Azərbaycan və Ermənistan parlamentlərinin rəhbərləri Sahibə Qafarova və Alen Simonyan mayın ortalarında növbəti görüşlərini keçirəcəklər.

28 Mar 2024
Siyasət

CAR prezidenti İlham Əliyevi təbrik etdi

Cənubi Afrika Respublikasının (CAR) Prezidenti Matamela Siril Ramafoza Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.