Qurban Qurbanov - 10-cu dəfə Azərbaycanın ən yaxşısı!

Qurban Qurbanov - 10-cu dəfə Azərbaycanın ən yaxşısı!
12 Dek 2019 16:09

Azərbaycanda 2019-cu ilin ən yaxşı futbol məşqçisinin adına aydınlıq gəlib.

Realpress.az xəbər verir ki, komanda.az saytının jurnalistlər arasında keçirdiyi ənənəvi sorğuda "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov qalib olub. 63 mətbu orqanından 67 jurnalistin qatıldığı sorğuda Qurbanov digər namizədləri böyük fərqlə geridə qoyaraq, 2019-cu ilin ən yaxşı məşqçisi seçilib. O, 58 səs toplamaqla birinci olub. Bununla da, Qurbanov 10-cu dəfə Azərbaycanda ilin ən yaxşı məşqçisi seçilib.

Sorğuda iştirak edənlərdən 6-sı "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasova, 2-si "Qəbələ"yə ölkə kubokunu qazandırmış Sənan Qurbanova, 1-i isə "Səbail"in çalışdırıcısı Aftandil Hacıyevə səs verib. Maraqlıdır ki, "Neftçi"nin italiyalı baş məşqçisi Robertə Bordinə sorğuda səs verən olmayıb.

"Qarabağ" son mövsümdə Qurban Qurbanovun rəhbərliyi altında Azərbaycan çempionu olub, Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb. "Köhlən atlar" cari mövsümdə də 31 xalla Azərbaycan Premyer Liqasının vahid lideridir.

Qurban Qurbanovun ilin ən yaxşı məşqçisi kimi mükafatandırılması mərasimi dekabrın 14-də keçiriləcək. Tədbir "Fairmont otel"in ("Üç alov qülləsi") Səttar Bəhlulzadə zalında keçiriləcək və saat 16.00-da başlayacaq.

23 Apr 2024
İdman

Ülviyyə Fətəliyevadan ardıcıl 4-cü qələbə ilə liderlik

Qadın şahmatçılar arasında Avropa çempionatında IV turun oyunları keçirilib.

23 Apr 2024
İdman

Azərbaycanın üç boksçusu Avropa çempionatında günü qələbə ilə başa vurdu

Azərbaycanın üç boksçusu Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatının beşinci günündə çıxışını qələbə ilə başa vurub.

23 Apr 2024
İdman

Avropa çempionatı: Azərbaycan paraüzgüçüsü gümüş medal qazanıb

Azərbaycan paraüzgüçüsü Raman Saley Portuqaliyanın Madeyra şəhərində keçirilən Avropa Açıq Çempionatının ikinci günündə gümüş medal qazanıb.

23 Apr 2024
İdman

Avropa çempionatı: Azərbaycan boksçusu erməni rəqibini məğlub etdi - VİDEO

Azərbaycan boksçusu Anaxanım İsmayılova Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatına qələbə ilə başlayıb.

22 Apr 2024
İdman

Azərbaycanın cüdo millisi Avropa Kubokunda dördüncü olub - FOTO

Azərbaycanın cüdo yığması İtaliyanın Liqnano şəhərində gənclər arasında keçirilmiş Avropa Kubokunda ümumi hesabda 4-cü, oğlanlar arasında isə 2-ci yeri tutub.