AFFA “Qəbələ” ilə bağlı qərarı açıqladı

AFFA “Qəbələ” ilə bağlı qərarı açıqladı
13 Dek 2019 14:21


AFFA-nın İcraiyyə Komitəsinin iclası keçirilib.

Qurumun rəsmi saytında yer alan məlumata görə, yığıncaq AFFA-nın inzibati binasında baş tutub.

Aparılmış müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul olunub:

1. 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Vüqar Məmmədlə müqaviləyə xitam verilsin. Komandanın baş məşqçisi vəzifəsinə namizədlərin müəyyənləşdirilməsi üçün təkliflərin hazırlanması AFFA-nın Məşqçilər Komitəsinə və Texniki departamentə həvalə olunsun.

2. Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçlə müqavilə dayandırılsın. Qarşılıqlı razılıq əsasında AFFA milli komandaya yeni baş məşqçi axtarışına başlamaq, Nikola Yurçeviç isə yeni iş yeri axtarışına başlamaq hüququna malikdir.

3. “Klubların lisenziyalaşdırması üzrə vəsait”in növbəti buraxılışı üçün əlavə və dəyişikliklər qəbul olunsun.

4. AFFA-nın Fair Play mükafatı təsis olunsun və Əsasnaməsinin hazırlanması Baş katibliyə həvalə olunsun.

5. “Azərbaycan Futbolunun Etik Kodeksi"nin hazırlanması Baş katibliyə həvalə olunsun.

6. 2020-ci il yanvarın 8-də AFFA-nın növbədənkənar Konfransı çağırılsın.

6.1. AFFA-nın Nizamnaməsinə əlavə və dəyişikliklərlə bağlı təkliflər hazırlanaraq AFFA-nın növbədənkənar Konfransına təqdim olunsun.

7. “Qəbələ” klubunun sponsorları klubu maliyyələşdirməkən imtina edəcəyi təqdirdə, lisenziyalaşdırma qaydalarına uyğun olaraq klubun təqdim etdiyi bank zəmanəti aktivləşdirilsin və məsələ İcraiyyə Komitəsinin növbəti iclasında müzakirəyə çıxarılsın.

8. AFFA-nın Futbol Veteranları Fondunun Əsanaməsinə uyğun olaraq aşağıda adı göstərilmiş şəxslərə müvafiq təqaüd verilsin:
 
Elbrus Abbasov
Rafiq Əlizadə
Səmədağa Şıxlarov
Novil İsmayılov
Vahid Abbasov
Çingiz Haşımov
Əbdülqəni Nurməmmədov
Tahir Əmiraslanov
Şakir Qəribov
Oqtay Abdullayev
Səməd Qurbanov – xüsusi təqaüd
İsgəndər Cavadov – xüsusi təqaüd
 
İclasda “Elit Məşq” kitabı, Gəncə şəhər stadionunun ərazisində inşa olunmuş süni örtüklü yeni məşq meydanı barədə və AVRO-2020-nin Bakıda keçiriləcək oyunlarına hazırlıq prosesi ilə bağlı qısa məlumat verilib, Premyer Liqa klublarına uşaq futbolu üçün UEFA-dan ayrılmış maliyyə vəsaiti ilə əlaqədar hesabat təqdim olunub.

Nəticəsi şübhə doğuran, “danışılmış” oyunlarla bağlı xüsusi komissiyanın hazırladığı hesabat İcraiyyə Komitəsinə təqdim olunub və hesabata əsasən, İcraiyyə Komitəsi bu gün müvafiq qərarların qəbul olunması üçün İntizam Komitəsinə müraciət edib.

23 Apr 2024
İdman

Ülviyyə Fətəliyevadan ardıcıl 4-cü qələbə ilə liderlik

Qadın şahmatçılar arasında Avropa çempionatında IV turun oyunları keçirilib.

23 Apr 2024
İdman

Azərbaycanın üç boksçusu Avropa çempionatında günü qələbə ilə başa vurdu

Azərbaycanın üç boksçusu Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatının beşinci günündə çıxışını qələbə ilə başa vurub.

23 Apr 2024
İdman

Avropa çempionatı: Azərbaycan paraüzgüçüsü gümüş medal qazanıb

Azərbaycan paraüzgüçüsü Raman Saley Portuqaliyanın Madeyra şəhərində keçirilən Avropa Açıq Çempionatının ikinci günündə gümüş medal qazanıb.

23 Apr 2024
İdman

Avropa çempionatı: Azərbaycan boksçusu erməni rəqibini məğlub etdi - VİDEO

Azərbaycan boksçusu Anaxanım İsmayılova Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatına qələbə ilə başlayıb.

22 Apr 2024
İdman

Azərbaycanın cüdo millisi Avropa Kubokunda dördüncü olub - FOTO

Azərbaycanın cüdo yığması İtaliyanın Liqnano şəhərində gənclər arasında keçirilmiş Avropa Kubokunda ümumi hesabda 4-cü, oğlanlar arasında isə 2-ci yeri tutub.