Cəlil Məmmədquluzadənin anadan olmasının 150 illiyi - FOTOlar

Cəlil Məmmədquluzadənin anadan olmasının 150 illiyi - FOTOlar
13 Dek 2019 15:25

Dekabrın 13-də AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük yazıçı və ictimai xadim Cəlil Məmmədquluzadənin anadan olmasının 150 illiyi münasibətilə tədbir keçirilib.

Realpress.az Trend-ə istinadən xəbər verir ki, İnstitutun Şərq-Qərb şöbəsinin müdiri, ilahiyyat üzrə fəlsəfə doktoru, dosent Məmmədəli Babaşlı "Cəlil Məmmədquluzadənin cəhalətə və xürafata qarşı mübarizəsi və aktuallığı" mövzusunda məruzə ilə çıxış edib.

Ümumən soydaşlarını, o cümlədən bütün Şərq qadınlarını oxumağa, maariflənməyə çağıran Mirzə Cəlilin: "Ey şərq qadınları, oxuyun, oxuyun, oxuyun! Əgər oxuyub savad və elm qazansanız onda azadlığın qədrini bilərsiniz, onda xoşbəxtlik yolunu taparsınız. Oxumasanız qaranlıqda qalacaqsınız" fikrinə istinad edən məruzəçi yazıçının əsas amalının maarifçilik olduğunu xatırladıb.

"Molla Nəsrəddin" jurnalının nəşr olunduğu dövrün siyasi və ictimai mühitində yazıçının ən çox dini özünə qalxan edərək insanların vicdani duyğularını istismar edənlərlə mübarizə apardığını diqqətə çatdırıb.

O, həm də Mirzə Cəlil irsinin müasir dövrdə də aktuallığını qoruyub saxladığını bildirib.


6 Noy 2023
Mədəniyyət

“Avroviziya 2024” mahnı müsabiqəsinə seçim davam edir - FOTO

“Avroviziya 2024” mahnı müsabiqəsində ölkəmizi təmsil edəcək iştirakçının seçimləri başlayıb.

15 İyun 2022
Mədəniyyət

Leyla Əliyeva Cenevrədə “Mənim dənizlərim, mənim okeanlarım” sərgisinin açılışında iştirak edib

Heydər Əliyev Fondunun və IDEA (Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq) İctimai Birliyinin təşəbbüsü, Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə şəhərindəki bölməsi və Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsi yanında daimi nümayəndəliyinin dəstəyi ilə təşkil edilən “Mənim dənizlərim, mənim okeanlarım” (My Seas, My Oceans) sərgisinin açılışı olub.

14 İyun 2022
Mədəniyyət

Azərbaycanda kinoşünaslar üçün yeni sayt yaradılıb

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) kinoşünaslar və kinoyazarlar üçün yeni sayt təsis edib.

14 İyun 2022
Mədəniyyət

Azərbaycan Kinematoqrafçılar İttifaqı Rasim Balayevi tənqid edənlərə xəbərdarlıq edib

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) təşkilatın sədri Xalq artisti Rasim Balayevi tənqid edənlərə xəbərdarlıq edib.