Nüsrət “əsər”ini 1 milyard 250 milyon dollara satışa çıxardı

Nüsrət “əsər”ini 1 milyard 250 milyon dollara satışa çıxardı
13 Dek 2019 17:11

Məşhur türkiyəli aşpaz Nüsrət Gökçə növbəti dəfə sosial şəbəkədə gündəmə gəlib.

“Milliyyət” xəbər verir ki, aşpaz italyan rəssam Mauritsio Kattelanın “Komediant” adlı əsərinin (yapışqan lentlə divara yapışdırılmış banan) 120 min dollara satılmasından sonra oxşar addım atıb.

Nüsrət Gökçə bu dəfə yapışqan lentlə divara ət yapışdıraraq, “əsər”inə 1 milyard 250 milyon dollar qiymət təyin edib. Şəkli sosial şəbəkə hesabında paylaşan Gökçə “sadəcə 1 milyard 250 milyon dollar”, - fikrini yazıb.

19 Apr 2024
Dünya

Qazaxıstan və Qırğızıstan prezidentləri müttəfiqlik əlaqələrinin genişləndirilməsi barədə razılıq əldə ediblər

Qazaxıstan və Qırğızıstan prezidentləri Kasım-Jomart Tokayev və Sadır Japarov Astanada “Müttəfiqlik əlaqələrinin dərinləşdirilməsi və genişləndirilməsi haqqında” Saziş imzalayıblar.

19 Apr 2024
Dünya

Türkiyə XİN İsraillə İrana çağırış edib

Türkiyə Xarici İşlər Nazirliyi İsraillə İranı daha böyük münaqişəyə səbəb ola biləcək addımlardan çəkinməyə çağırıb.

19 Apr 2024
Dünya

Pakistanda içərisində əcnəbilərin olduğu furqona hücum: Ölənlər var - FOTO

Pakistanın paytaxtı Kəraçidə baş verən partlayış nəticəsində azı üç nəfər xəsarət alıb.

19 Apr 2024
Dünya

Türkiyədə çökən qızıl mədənində ölənlərin sayı artdı - FOTO

Türkiyənin Ərzincan şəhərinin İliç rayonunda qızıl mədəninin yerləşdiyi geniş ərazidə torpaq sürüşməsi zamanı itkin düşən doqquz işçidən daha birinin cəsədi tapılıb.

19 Apr 2024
Dünya

Rusiya Dnepropetrovsk vilayətini atəşə tutdu: Ölən və yaralananların sayı artdı - YENİLƏNİB + FOTO/VİDEO

Rusiyanın Dnepropetrovsk vilayətini atəşə tutması nəticəsində ölən və yaralananların sayı artıb.