Soyuq payız aylarında boğaz ağrısı haqqında - FOTO

Soyuq payız aylarında boğaz ağrısı haqqında - FOTO
16 Dek 2019 09:53

Boğaz ağrısı hər bir insana tanışdır, həyatımızda ən azı bir dəfə, hətta ən sağlam adam udarkən, danışarkən və istirahət zamanı belə boğazında narahatlıq, ağrı hiss edir. Tibbi statistika onu göstərir ki, daha tez-tez boğaz ağrısı uşaqlarda qeydə alınır. Bu, immun sistemindəki çatışmazlıqlar (tam formalaşmamış) səbəbindən xəstəliklərin inkişaf meylinin artması ilə əlaqədardır. Onu da qeyd etmək lazımdır ki, uşaqlar boğaz ağrısını əksər hallarda temperatur olmadan keçirirlər, əsas səbəb yenə də tam formalaşmamış immun sistemidir. Boğaz ağrıları ilə bağlı şikayətlər xüsusilə payız-qış mövsümündə artır.

Boğaz ağrısının əsas səbəbləri. Udma zamanı xoşagəlməz simptomlar ən çox belə xəstəliklərlə rast gəlinir: virus infeksiyası (KRVİ), badamcıqların birinin bakterial infeksiyası (ən çox streptokokk mənşəli), kəskin faringit (allergik, zəhərli və ya alimentar mənşəli), xroniki faringit (kataral, dənəvər və ya atrofik formalı), nevrotik mənşəli ağrı, zəhərli maddələrlə boğazın və ya qırtlağın qıcıqlanması (siqaret tüstüsü, zərərli istehsal tullantıları və s.), termal və kimyəvi yanıqlar, xarici əşyaların daxil olması (balıq sümükləri, şüşə parçaları və s.), uğursuz cərrahi müdaxilələr (traxeotomiya və ya tonzilektomiya).

Çox zaman boğazdakı ağrı xüsusilə də udma zamanı yaranan ağrıının əsas səbəbi virus və ya bakterial mənşəli infeksiyadır. Patoloji törədici, hava və ya məişət yolu ilə ağız-udlağın selikli qişasına daxil olur, orada məskunlaşır və aktiv həyat fəaliyyətinə başlayır. Tərləmə, ağrı, səsin dəyişməsi və öskürək görünüşü patogen flora tərəfindən böyümə və çoxalma zamanı əmələ gələn toksinlərin toplanmasını göstərir. Selikli qişanın mexaniki zədələnməsi və soyuqdəymə immuniteti zəiflədir, xəstəlik törədən bakteriyaların artıb çoxalmasına səbəb olur.

Boğaz ağrısının müalicəsi. Boğaz ağrısının səbəbindən asılı olaraq xəstəyə virusəleyhinə və ya antibakterial dərmanlar təyin olunur. Refluks və vegetativ funksiyanın pozulması sindromu zamanı yayındırıcı terapiya kimi sorma pastillərdən istifadə olunur. Angina zamanı isə düzgün antibiotik və ya effektiv virusəleyhinə dərman təyin etmək, eyni zamanda yerli təsirli antiseptik və ağrıkəsici vasitələrdən istifadə etmək vacibdir. Stomatitlərin müalicəsi zamanı etiotrop dərmanlara əlavə olaraq, ağız boşluğunun müntəzəm qarqara etmək üçün preparatlar təyin olunur. Faringit, tonzillit, herpetik boğaz ağrısı, adenoidit və laringit zamanı əksər hallarda törədicisi virus infeksiyası olduğu üçün virusəleyhinə dərmanlarla müalicə aparmaq uğurlu nəticə verir.

Boğaz üçün sorma həblərdən istifadə etdikdə, udarkən narahatlığı tez bir zamanda aradan qaldırmağa, toxumaların şişkinliyini və qızartını azaltmağa, iltihabın mərkəzindəki bakteriyaların konsentrasiyasını azaltmağa kömək edir. Bir çox dərmanın tərkibi antiseptik və yerli anestetik olduğu üçün daha tez  terapevtik təsir müşahidə olunur.

Materialda əks olunmuş məlumatlar müxtəlif qaynaqlardan, o cümlədən elmi-populyar məqalələr, internet materialları, rəsmi hesabatlar və s. əldə olunmuş, ümumiləşdirilmiş, tərcümə edilmiş və sistemləşdirilmişdir. Materiallardan istifadə olunduqda www.aptekonline.az saytına istinad olunma mütləqdir.

Oxuduğunuz məqalənin əsas mövzusu olan xəstəliyə qarşı, eləcə də digər xəstəliklərə qarşı effektiv və güclü mübarizə aparmaq üçün keyfiyyətli, təbii dərman vasitələri, kosmetoloji vasitələr, gigiyena və təmizlik vasitələri, uşaq qidaları və tibbi ləvazimatlar üçün 24 saat operativ xidmət   göstərən *7700 - təcili dərman çatdırılma xidmətinə müraciət edə bilərsiniz.

Sifariş üçün:
+99455 251 77 00 (Whatsapp) nömrəsinə yaza və ya *7700 nömrəsinə zəng edə bilərsiniz.
Çatdırılma ÖDƏNİŞSİZDİR.


8 Dek 2021
Səhiyyə - Sağlamlıq

Şəkərli diabet xəstələrinə verilən insulinlərin miqdarı azaldılıb? - AÇIQLAMA

Ölkədə şəkərli diabet xəstələrinin dərmanlarla təminatında ciddi problemlər var.

6 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qanda hemoqlobini artırmaq üçün vasitələr açıqlandı

Rusiyalı diyetoloq Yevgeniya Deqtyannikova qanda hemoqlobinin səviyyəsini artırmağa kömək edən bir sıra məhsullar haqqında fikirlərini bölüşüb.

3 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qəhvənin gözlər üçün gözlənilməz faydası açıqlanıb

İnsanlarda görmə kəskinliyi statik (stasionar) və dinamik (hərəkətli) şəraitdə kiçik detalları tanımaq qabiliyyəti ilə qiymətləndirilir.

20 May 2021
Səhiyyə - Sağlamlıq

Dəri xərçənginin qarşısını almaq mümkündür!

24-26 may tarixlərində, La Roche-Posay Azərbaycanın, Аzərbaycan Dermatoveneroloqlar Assosiasiyasının, Bakı Pataloji mərkəzinin təşkilatçılığı və Zəfəran Hospitalın dəstəyi ilə “Dəri xərçənginin diaqnostikası günləri” aksiyası keçiriləcəkdir.   

3 May 2021
Səhiyyə - Sağlamlıq

Hamiləlik - sağlam başlanğıcın təməli

Hamiləlik zamanı qadının orqanizmi çox ciddi yükləmələrə məruz qalır. Qadının orqanizmində yeni həyat inkişaf edir və bu həyatın normal inkişafı üçün müxtəlif vitaminlər, mikroelementlər və s. maddələr lazımdır. Hamiləlik zamanı hətta bir vacib vitaminin və ya mikroelementin çatışmazlığı həm uşağın inkişafına, həm də qadının səhhətinə mənfi təsir edir. Məsələn, uşağın sümüklərinin formalaşmasına və böyüməsinə çoxlu miqdarda kalsium elementi lazımdır. Bu element ananın orqanizminə lazım olan miqdarda daxil olmadıqda, körpədən çox ana əziyyət çəkir. Körpə ananın orqanizmindən özünə lazım olan kalsiumu sovurur ki, bunun nəticəsində ananın dişlərindən, sümüklərindən, saçlarından kalsium yuyulur. Məhz bu səbəbdən qadının orqanizmində hamiləlikdən öncə kalsium defisiti varsa və ya hamiləlik zamanı lazım olan miqdarda kalsium qəbul etmirsə, o zaman qadınlarda dişlər ovulmağa başlayır, saçlar tökülür, ayaqlarda qıcolmalar olur.