Atəşkəs rejimi 20 dəfə pozulub

Atəşkəs rejimi 20 dəfə pozulub
20 Dek 2019 11:09

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 20 dəfə pozub.

Müdafiə Nazirliyindən Realpress.az-a verilən məlumata görə, Ermənistan Respublikası Noyemberyan rayonunun Voskevan, İcevan rayonunun Berkaber kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Aşağı Əskipara, Qızılhacılı kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Tağıbəyli, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Seyidəhmədli, Horadiz, Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin Tərtər rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

6 Apr 2020
Hərbi

Dövlət Xidməti: “Çağırışçıların təyin olunduğu xidmət yerləri barədə məlumat veriləcək”

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti çağırışçılara müraciət edib.

6 Apr 2020
Hərbi

Dağlıq Qarabağda erməni hərbçisi yaralandı

Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsində erməni hərbçisi yaralanıb.

5 Apr 2020
Hərbi

Cəbhədə pulemyotlar işə düşdü, atəşkəs pozuldu

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub. 

3 Apr 2020
Hərbi

65 yaşdan yuxarı şəxslər SMS-lə icazə alıb, evi tərk edə bilərlər? - RƏSMİ

“Nazirlər Kabineti yanında operativ qərargahın karantin rejimi ilə bağlı qəbul etdiyi bütün qərarlar qüvvədədir”.

3 Apr 2020
Hərbi

Ermənilərin Qazaxda törətdiyi təxribatın qarşısı alındı

Azərbaycanın Ermənistan ilə dövlət sərhədində düşmən tərəfinin təxribatları davam edir.