Belə baş ağrıları ÖLÜMCÜL xəstəliklərin simptomudur

Belə baş ağrıları ÖLÜMCÜL xəstəliklərin simptomudur
20 Dek 2019 12:05

Baş ağrısı insanlar arasında ən yayılmış pozulmalardan biridir.

Realpress.az Saglamolun.az-a istinadla bildirir ki, əksər hallarda baş ağrısı heç bir təhlükəli xəstəliyə işarə etmir. Lakin bəzən baş ağrısı çox ciddi xəstəliyin simptomu kimi meydana çıxır.

Beləliklə, nə zaman baş ağrısı təhlükəli xəstəliyə işarə edir?

 

  1. Qusma ilə müşayiət olunan səhər baş ağrısı beyin şişinə işarə edə bilər.
  2. Baş ağrısı yüksək qızdırma ilə müşayiət olunduqda bu meningitin (beyin qişalarının iltihabı) simptomu ola bilər.
  3. Qəfildən başlayan çox güclü baş ağrısı beyində anevrizmanın partlanmasına işarə edə bilər.
  4. Ürəkbulanması, qusma, başgicəllənməsi, görmənin və nitqin pozulması, bədəndə zəiflik (adətən birtərfli) kimi simptomlar güclü baş ağrısı ilə müşayiət olunursa bu insulta işarə edir.

Həmçinin baş ağrısında hər hansı dəyişiklik əmələ gəldikdə, baş ağrıları həftədə 2 dəfə və daha tez-tez təkrar olunduqda mütləq həkimə müraciət etmək lazımdır.


8 Dek 2021
Səhiyyə - Sağlamlıq

Şəkərli diabet xəstələrinə verilən insulinlərin miqdarı azaldılıb? - AÇIQLAMA

Ölkədə şəkərli diabet xəstələrinin dərmanlarla təminatında ciddi problemlər var.

6 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qanda hemoqlobini artırmaq üçün vasitələr açıqlandı

Rusiyalı diyetoloq Yevgeniya Deqtyannikova qanda hemoqlobinin səviyyəsini artırmağa kömək edən bir sıra məhsullar haqqında fikirlərini bölüşüb.

3 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qəhvənin gözlər üçün gözlənilməz faydası açıqlanıb

İnsanlarda görmə kəskinliyi statik (stasionar) və dinamik (hərəkətli) şəraitdə kiçik detalları tanımaq qabiliyyəti ilə qiymətləndirilir.

20 May 2021
Səhiyyə - Sağlamlıq

Dəri xərçənginin qarşısını almaq mümkündür!

24-26 may tarixlərində, La Roche-Posay Azərbaycanın, Аzərbaycan Dermatoveneroloqlar Assosiasiyasının, Bakı Pataloji mərkəzinin təşkilatçılığı və Zəfəran Hospitalın dəstəyi ilə “Dəri xərçənginin diaqnostikası günləri” aksiyası keçiriləcəkdir.   

3 May 2021
Səhiyyə - Sağlamlıq

Hamiləlik - sağlam başlanğıcın təməli

Hamiləlik zamanı qadının orqanizmi çox ciddi yükləmələrə məruz qalır. Qadının orqanizmində yeni həyat inkişaf edir və bu həyatın normal inkişafı üçün müxtəlif vitaminlər, mikroelementlər və s. maddələr lazımdır. Hamiləlik zamanı hətta bir vacib vitaminin və ya mikroelementin çatışmazlığı həm uşağın inkişafına, həm də qadının səhhətinə mənfi təsir edir. Məsələn, uşağın sümüklərinin formalaşmasına və böyüməsinə çoxlu miqdarda kalsium elementi lazımdır. Bu element ananın orqanizminə lazım olan miqdarda daxil olmadıqda, körpədən çox ana əziyyət çəkir. Körpə ananın orqanizmindən özünə lazım olan kalsiumu sovurur ki, bunun nəticəsində ananın dişlərindən, sümüklərindən, saçlarından kalsium yuyulur. Məhz bu səbəbdən qadının orqanizmində hamiləlikdən öncə kalsium defisiti varsa və ya hamiləlik zamanı lazım olan miqdarda kalsium qəbul etmirsə, o zaman qadınlarda dişlər ovulmağa başlayır, saçlar tökülür, ayaqlarda qıcolmalar olur.