Övladları Bred Pittin ad gününü təbrik etmək istəmədilər

Övladları Bred Pittin ad gününü təbrik etmək istəmədilər
21 Dek 2019 11:30


Bred  Pitt və Ancelina Colinin böyük övladları atalarının 56 yaşı münasibətilə ilə təşkil olunmuş tədbirdə iştirak etməyiblər. Keçmiş cütlüyün kiçik uşaqları aktyorla münasibətləri saxlasalar da, böyük uşaqlar – övladlığa götürülənlər onu sadəcə görməzdən gəliblər. 

“E! News” xəbər verir ki, onun ad günü tədbirinə ancaq kiçik övladları gəlib. Şaylo, Noks və Vivyen Bredin Los-Ancelesdəki evində bir neçə saat keçirdikdən sonra cangüdənləri və sürücüləri onları geri aparıb.

“Bred bu görüşü çoxdan gözləyirdi, digər övladlarını görmədikdə çox kədərləndi”, - deyə xəbərdə bildirilir.

Qeyd edək ki, boşandıqdan sonra ulduz cütlük bir-biriləri ilə ünsiyyət qurmurlar. Coli keçmiş ərini alkolizmdə və aqressiv davranışda ittiham etmişdi. Pitt zərərli vərdişdən qurtulmaq üçün, hətta psixoloji yardım alıb. Çünki uşaqların himayəsini almış Ancelina, ancaq bu halda ona övladları ilə görüşməyə icazə verirdi.

Növbəti dəfə aktyor Yeni il ərəfəsində övladları ilə görüşə biləcək.

“Onların sevimli ailə ənənələri var. Pitt uşaqları üçün hədiyyələr hazırlayır, sonra süfrə arxasına keçib, birlikdə yemək yeyib, musiqi dinləyirlər. Bred hər zaman uşaqların hədiyyə seçiminə diqqətlə yanaşır. Qiymətli deyil, uşaqlara lazım olacaq hədiyyələr alır”, - deyə nəşr mənbəyə istinadla bildirib.

Xatırladaq ki, bir müddət əvvəl Coli və Pitin 13 yaşlı qızı Şaylo adını dəyişərək Con olub. Hazırda o, cinsini dəyişmək üçün hormonal terapiya kursundan keçir.

6 Noy 2023
Mədəniyyət

“Avroviziya 2024” mahnı müsabiqəsinə seçim davam edir - FOTO

“Avroviziya 2024” mahnı müsabiqəsində ölkəmizi təmsil edəcək iştirakçının seçimləri başlayıb.

15 İyun 2022
Mədəniyyət

Leyla Əliyeva Cenevrədə “Mənim dənizlərim, mənim okeanlarım” sərgisinin açılışında iştirak edib

Heydər Əliyev Fondunun və IDEA (Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq) İctimai Birliyinin təşəbbüsü, Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə şəhərindəki bölməsi və Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsi yanında daimi nümayəndəliyinin dəstəyi ilə təşkil edilən “Mənim dənizlərim, mənim okeanlarım” (My Seas, My Oceans) sərgisinin açılışı olub.

14 İyun 2022
Mədəniyyət

Azərbaycanda kinoşünaslar üçün yeni sayt yaradılıb

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) kinoşünaslar və kinoyazarlar üçün yeni sayt təsis edib.

14 İyun 2022
Mədəniyyət

Azərbaycan Kinematoqrafçılar İttifaqı Rasim Balayevi tənqid edənlərə xəbərdarlıq edib

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) təşkilatın sədri Xalq artisti Rasim Balayevi tənqid edənlərə xəbərdarlıq edib.