Qacetlərin uşaqların inkişafına vurduğu ziyan – Psixoloq tövsiyəsi

Qacetlərin uşaqların inkişafına vurduğu ziyan – Psixoloq tövsiyəsi
25 Dek 2019 08:48

Uşağın normal inkişafının qarşısını almamaq, onun yaradıcı, tədqiqatçı bacarıqlarını inkişaf etdirmək üçün, mütəxəssislər körpələri smartfon və planşetlərin istifadəsindən uzaq tutmağı tövsiyə edir.

Bu haqda “Ria Novosti” agentliyi xəbər verir.

Psixologiya elmləri namizədi, Moskva Dövlət Psixoloji-Pedaqoji Universitetinin dosenti Yelena Abdullayeva hesab edir ki, balacalara oyun qaceti vermək, onları yırtıcının dişləri arasına təslim etməyə bərabərdir. Belə ki, elektron cihazın ekranı diqqəti həddindən artıq idarə edir və oraya böyük enerji sərf olunur. Təsadüfi deyil ki, 20 il əvvəl həkimlər tərəfindən “ekran asılılığı” diaqnozu ortaya çıxıb.

 

Mütəxəssis hesab edir ki, qacetin oyun əşyası kimi deyil, texniki qurğu kimi mənimsənilməsi şüurlu yaş dövrünə təsadüf etməlidir. Bundan başqa, payız yarpaqlarını toplamaq, tort hazırlamaq və ya münasibətlər qurmaq kimi real həyatda edilə bilənləri qacetlər vasitəsilə etməyə çalışmaq lazım deyil. Bunlar ekran vasitəsilə yox, “ruh və hissiyyat orqanları səviyyəsində” dərk edilib həyata keçirilməlidir.

Yelena Abdullayeva Silikon vadisinin İT mütəxəssislərinin öz uşaqlarına qacetlərlə təmasa icazə verməməsinə diqqət çəkərək, uşaqlarını ibtidai təhsildə əl əməyi və sənətlə məşğul olmağa yönəltdiklərini xatırladır.

Realpress.az


8 Dek 2021
Səhiyyə - Sağlamlıq

Şəkərli diabet xəstələrinə verilən insulinlərin miqdarı azaldılıb? - AÇIQLAMA

Ölkədə şəkərli diabet xəstələrinin dərmanlarla təminatında ciddi problemlər var.

6 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qanda hemoqlobini artırmaq üçün vasitələr açıqlandı

Rusiyalı diyetoloq Yevgeniya Deqtyannikova qanda hemoqlobinin səviyyəsini artırmağa kömək edən bir sıra məhsullar haqqında fikirlərini bölüşüb.

3 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qəhvənin gözlər üçün gözlənilməz faydası açıqlanıb

İnsanlarda görmə kəskinliyi statik (stasionar) və dinamik (hərəkətli) şəraitdə kiçik detalları tanımaq qabiliyyəti ilə qiymətləndirilir.

20 May 2021
Səhiyyə - Sağlamlıq

Dəri xərçənginin qarşısını almaq mümkündür!

24-26 may tarixlərində, La Roche-Posay Azərbaycanın, Аzərbaycan Dermatoveneroloqlar Assosiasiyasının, Bakı Pataloji mərkəzinin təşkilatçılığı və Zəfəran Hospitalın dəstəyi ilə “Dəri xərçənginin diaqnostikası günləri” aksiyası keçiriləcəkdir.   

3 May 2021
Səhiyyə - Sağlamlıq

Hamiləlik - sağlam başlanğıcın təməli

Hamiləlik zamanı qadının orqanizmi çox ciddi yükləmələrə məruz qalır. Qadının orqanizmində yeni həyat inkişaf edir və bu həyatın normal inkişafı üçün müxtəlif vitaminlər, mikroelementlər və s. maddələr lazımdır. Hamiləlik zamanı hətta bir vacib vitaminin və ya mikroelementin çatışmazlığı həm uşağın inkişafına, həm də qadının səhhətinə mənfi təsir edir. Məsələn, uşağın sümüklərinin formalaşmasına və böyüməsinə çoxlu miqdarda kalsium elementi lazımdır. Bu element ananın orqanizminə lazım olan miqdarda daxil olmadıqda, körpədən çox ana əziyyət çəkir. Körpə ananın orqanizmindən özünə lazım olan kalsiumu sovurur ki, bunun nəticəsində ananın dişlərindən, sümüklərindən, saçlarından kalsium yuyulur. Məhz bu səbəbdən qadının orqanizmində hamiləlikdən öncə kalsium defisiti varsa və ya hamiləlik zamanı lazım olan miqdarda kalsium qəbul etmirsə, o zaman qadınlarda dişlər ovulmağa başlayır, saçlar tökülür, ayaqlarda qıcolmalar olur.