Nazir: “Nəsimi ili” ilə bağlı 500-dən çox tədbir keçirilib - VİDEO

Nazir: “Nəsimi ili” ilə bağlı 500-dən çox tədbir keçirilib - VİDEO
27 Dek 2019 14:45


Mədəniyyət mövzusu bu gün media sahəsində özünəməxsus yer tutur. Elə bir mətbuat orqanı yoxdur ki, orada mədəniyyət mövzuları müzakirə olunmasın. Buna görə də mətbuat orqanlarına təşəkkür edirəm. 

Realpress.az xəbər verir ki, bunu Mədəniyyət naziri Əbülfəs Qarayev 2019-cu ilin yekunlarına həsr olunan kollegiya iclasında deyib.

“Bu il işgüzar və geniş sahəni əhatə edən tədbirlərlə zəngin oldu. Bilirsiniz ki, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə bu il “Nəsimi ili” elan olunub. “Nəsimi ili” özlüyündə mədəniyyət ili deməkdir. Çünki Nəsiminin yaradıcılığı ədəbiyyatla, dillə və fəlsəfə ilə bağlıdır. Bütün mədəniyyət orqanları bu sərəncamın icrası ilə çox ciddi məşğul olublar və dəyərli bir ilin keçirilməsinə töhfə veriblər. Həmçinin Azərbaycanda silsilə beynəlxalq tədbirlərin keçirilməsi bu ilin real olaraq uğurlu olduğuna sübutdur. Şəkinin dünya incilər siyahısına daxil olması bütün Azərbaycan xalqının böyük sevincinə səbəb oldu.

Eyni zamanda, bu ilin əvvəlində Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə mədəniyyət sahəsində islahatların aparılması tapşırılıb. Bizim regionlarda olan müəssisələrimiz də çox fəal işləyib. Onlar tərəfindən dəyərli töhfələr irəli sürülüb. Bu töhfələrin içərisində gələcək işlərimizin qurulmasına lazım olan həm maddi bazanın yaradılması, həm də onun idarəedilməsi üsulları ilə bağlı təkliflər irəli sürülüb”, - deyə nazir bildirib.

Nazir qeyd edib ki, növbəti illərdə yaradıcı sahənin formalaşdırılması proitet istiqamət olacaq: “Hesab edirəm ki, bu ilin yenilikləri sırasında Mədəniyyət Nazirliyinin artıq tək öz sahəsinin daxilində gedən proseslərə deyil, ümumiyuətlə, ölkəmizdə yaradıcı mühitin formalaşdırılmasına müraciət olunmasıdır. Artıq bu işə müvafiq dövlət qurumları qoşulublar. İnanırıq ki, gələcək illərdə yaradıcı sahənin formalaşdırılması bizim üçün prioritet istiqamət olaraq qalacaq. Bu, dövlət əhəmiyyətli proqrama çevriləcək”.

Əbülfəs Qarayev qeyd edib ki, mədəni irsimizin təbliği ilə bağlı görülən işlər çərçivəsində Heydər Əliyev Fondunun xətti ilə həyata keçirilən tədbirlər xüsusi önəm daşıyır:

“Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə reallaşan görkəmli Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsimiyə həsr olunan Nəsimi - şeir, sənət və mənəviyyat Festivalı keçirilib. Həmçinin, Üzeyir Hacıbəyliyə həsr olunan XI Beynəlxalq Musiqi Festivalı və Bakı Beynəlxalq Caz festivalı qeyd edilib”.

Mədəniyyət Nazirliyinin şöbə müdiri Aslan Cəfərov qurumun tədbirlər planına uyğun olaraq Nəsiminin 650, Cəfər Cabbarlının 120 illiyi ilə əlaqədar gördüyü işlər haqqında məruzə edib. O, il ərzində Nəsiminin yubileyi ilə bağlı 500-dən çox tədbirin keçirildiyini bildirib.



6 Noy 2023
Mədəniyyət

“Avroviziya 2024” mahnı müsabiqəsinə seçim davam edir - FOTO

“Avroviziya 2024” mahnı müsabiqəsində ölkəmizi təmsil edəcək iştirakçının seçimləri başlayıb.

15 İyun 2022
Mədəniyyət

Leyla Əliyeva Cenevrədə “Mənim dənizlərim, mənim okeanlarım” sərgisinin açılışında iştirak edib

Heydər Əliyev Fondunun və IDEA (Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq) İctimai Birliyinin təşəbbüsü, Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə şəhərindəki bölməsi və Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsi yanında daimi nümayəndəliyinin dəstəyi ilə təşkil edilən “Mənim dənizlərim, mənim okeanlarım” (My Seas, My Oceans) sərgisinin açılışı olub.

14 İyun 2022
Mədəniyyət

Azərbaycanda kinoşünaslar üçün yeni sayt yaradılıb

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) kinoşünaslar və kinoyazarlar üçün yeni sayt təsis edib.

14 İyun 2022
Mədəniyyət

Azərbaycan Kinematoqrafçılar İttifaqı Rasim Balayevi tənqid edənlərə xəbərdarlıq edib

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) təşkilatın sədri Xalq artisti Rasim Balayevi tənqid edənlərə xəbərdarlıq edib.