Millimiz Niderlandda ilk məşqinə çıxdı

Millimiz Niderlandda ilk məşqinə çıxdı
07 Yan 2020 08:45


Qadın voleybolçulardan ibarət Azərbaycan yığması Avropa Olimpiya Təsnifat Turnirində iştirak üçün yollandığı Niderlandda ilk məşqinə çıxıb.  

Realpress.az xəbər verir ki, hazırlıq oyunların keçiriləcəyi Apeldorn şəhərinin “Omnisport” Sarayında baş tutub. 

Komandamız baş məşqçi Vasif Talıbovun rəhbərliyi altında yüngül məşqlə kifayətlənib. Bu, voleybolçularımızın zala adaptasiya olması, həmçinin start heyətin formalaşması baxımından əhəmiyyət kəsb edib. 

Qeyd edək ki, Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli turnir sabah start götürəcək. Olimpiadaya vəsiqənin sahibinin adına isə yanvarın 12-də aydınlıq gələcək.  

Komandamız yarışda Niderland, Bolqarıstan və Polşa ilə birgə A qrupunda yer alıb. 

27 Mar 2024
İdman

Avropa Oyunları 2027-ci ildə İstanbulda keçiriləcək

Avropa Oyunları 2027-ci ildə Türkiyənin İstanbul şəhərində keçiriləcək.

27 Mar 2024
İdman

Azərbaycan Kuboku: “Neftçi” qrup lideri kimi yarımfinala yüksəlib - FOTO

“Sərhədçi” İdman Mərkəzində basketbol üzrə Azərbaycan Kubokunun A qrupunda son iki oyun keçirilib.

26 Mar 2024
İdman

Azərbaycanın iki qadın boksçusu Bakıdakı turnirdə finala vəsiqə qazanıb

Bakıda qadın boksçular arasında “Böyük İpək Yolu” beynəlxalq turnirində yarımfinal mərhələsi başa çatıb.

26 Mar 2024
İdman

Azərbaycanın 5 boksçusu beynəlxalq turnirdə yarımfinala yüksəldi

Bakıda kişi və qadın boksçular arasında “Böyük İpək Yolu” beynəlxalq turniri davam edir.

26 Mar 2024
İdman

Azərbaycanın üç boksçusu beynəlxalq turnirə qələbə ilə başladı

Bakıda kişi və qadın boksçular arasında “Böyük İpək Yolu” beynəlxalq turniri start götürüb.