Ötən ilin yanvar-dekabr aylarında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 4 408 625,64 min manat həcmində vergi və rüsumlar daxil olub ki, bu da 2018-ci ilin eyni dövrü ilə müqayisədə 28,4% çoxdur.
Realpress.az DGK-yə istinadən xəbər verir ki, 2019-cu il ərzində dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi 2018-ci ilin analoji dövrü ilə müqayisədə 25,6% artaraq 1 109 477,14 min manat olub.
Həmçinin, hesabat ilində ƏDV üzrə daxilolmalar illik ifadədə 28,3% artaraq 3 004 082,95 min manat, aksizlər üzrə 46,9% artaraq 249 633,18 min manat, yol vergisi üzrə daxilolmalar isə 13,1% artaraq 45 431,64 min manat təşkil edib.
İqtisadiyyat naziri Mikayıl Cabbarov Yurgen Riqterink ilə görüşüb.
Rusiyanın Primorye diyarının Lesozavodsk şəhərində buzlu yağış səbəbindən fövqəladə vəziyyət elan edilib.
“Azərbaycanda vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”.
Dünyada hərbi münaqişələrin geniş vüsət alması şəraitində dünya iqtisadiyyatında gərginlik və risklər artmaqda davam edir, bunu nəzərə alaraq bu gün müzakirəyə çıxarılan 2024-cü ilin Azərbaycanın dövlət büdcəsi layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir.