UFC-nin sabiq çempionu Konor Makqreqor titulun sahibi Həbib Nurməhəmmədovla Moskvada qarşılaşmaq istədiyini açıqlayıb.
Bu barədə idmançı ESPN nəşrinə müsahibəsində danışıb.
“Bu ili Nurməhəmmədovla Moskvada görüşlə bitirmək istərdim. Bu, baş verməlidir. Mən Moskvada olmuşam. Gözəl şəhərdir. Rusiya gözəl ölkədir. Heyran oldum. Nurməhəmmədov məndən qaça bilər, ancaq gizlənə bilməz”, - Makqreqor bildirib.
Xatırladaq ki, Makqreqorla Həbib Nurməhəmmədov arasında döyüş 2018-ci ilin oktyabrında keçirilib və Nurməhəmmədovun qələbəsi ilə yekunlaşıb.
Kişi həndbolçular arasında Azərbaycan çempionatının həlledici mərhələsində ilk oyunların təqvimi müəyyənləşib.
Kəlbəcərdə infrastruktur işləri görülür.
Qadınlar arasında idman gimnastikası üzrə Azərbaycan milli komandasının üzvü Nazənin Teymurova Dohada keçirilən Dünya Kubokunda tir üzərində hərəkətlər proqramında finala yüksəlib.
Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev Vaşinqton şəhərində Beynəlxalq Valyuta Fondu (IMF) və Dünya Bankı Qrupunun keçirdiyi yaz toplantısı çərçivəsində İqlim Fəaliyyəti üzrə Maliyyə Nazirləri Koalisiyasının 11-ci iclası çərçivəsində ABŞ-nin keçmiş dövlət katibi Con Kerri ilə görüşüb.