Ermənilər fiziki təzyiqlər göstərməklə azərbaycanlıları terrora məruz qoydular - 1988-ci il hadisələrinin canlı şahidi danışır

Ermənilər fiziki təzyiqlər göstərməklə azərbaycanlıları terrora məruz qoydular - 1988-ci il hadisələrinin canlı şahidi danışır
14 Yan 2020 13:03

Tariximizin ən ağrılı, qaranlıq səhifələrindən biri də ermənilərin azərbaycanlılara qarşı apardığı etnik təmizləmə siyasətidir. Bu siyasət nəticəsində minlərlə soydaşımız erməni vəhşiliyinə məruz qalaraq doğma yurd-yuvalarını tərk etmək məcburiyyətində qalıb.

Realpress.az xəbər verir ki, həmin hadisələrə şahidlik edən Babək Cahandarov gördüyü erməni vəhşilikləri barədə Trend-ə danışıb.

Onun sözlərinə görə, əvvəlcə erməni quldur dəstələri polisin və rayon rəhbərlərinin nəzarəti və iştirakı ilə azərbaycanlıların evlərinə basqın edərək onların çıxıb getməsini tələb edirdilər:

"Daha sonra fiziki təzyiqlər göstərməyə, azərbaycanlıları sözün həqiqi mənasında terrora məruz qoymağa başladılar. Mən həmin vaxt ailəmlə birgə Krasnoselsk (Çəmbərək) rayonunun ucqar dağ kəndində yaşayırdım. Kəndimizin dörd bir yanı sıx meşələrlə əhatə olunmuşdu. Olduqca gözəl təbiəti, səfalı havası var idi.

Bir gün gecə vaxtı səs-küyə yuxudan ayıldım. Gördüm ki, anam qorxu içində pəncərəyə baxır. Pəncərəyə tərəf boylansam da kimisə görə bilmədim. Küçədə kənd itlərinin səsi eşidilirdi. Səhər olanda nə baş verdiyini öyrəndim. Kənd sakinləri danışırdılar ki, gecə kəndə ermənilər gəlmişdilər. Kimsənin duyuq düşməməsi üçün də maşını kəndin girəcəyində, qəbiristanlığın yanında saxlamışdılar. Görünür, ermənilərin məqsədi kənd camaatını qorxutmaq idi.

Anamın dediyinə görə, həmin gecə kimlərsə gah pəncərəni, gah da qapını döyürdü. Atamı səsləsə də atam bərk yuxuya getdiyindən ayılmayıb. Yaxşı ki, ayılmayıb. Ayılsa və çölə çıxsaydı, bəlkə də ermənilərin növbəti qurbanlarından biri olacaqdı. Bu hadisənin səhəri günü atam babamgildən ov tüfəngini gətirdi".

B.Cahandarov daha bir hadisə haqqında da danışıb:

"Başqa bir hadisə isə əmimlə atamın başına gəlib. Həmin vaxt atamın qırmızı "Moskviç"i var idi. Rayondan kəndimizə qayıdanda maşının təkərlərindən biri deşilir. Atamla əmim təkəri dəyişmək üçün maşından düşürlər. Az sonra onlara bir neçə erməni yaxınlaşır və ermənicə nəsə deyir. Əmimin sözlərinə görə, başı ilə onlara hər şeyin qaydasında olduğuna işarə vurur - "Bizə yaxınlaşanda ermənicə nəsə dedilər. Vəziyyətdən başa düşdüm ki, kömək lazım olub-olmadığını soruşurlar. Mən də onlara başımı tərpədərək "yox" dedim. Yaxşı ki, başqa nəsə deməyib getdilər. Azərbaycanlı olduğumuzu bilsəydilər, yəqin bizi öldürərdilər. Çünki son vaxtlar vəziyyət daha da gərginləşmişdi və tez-tez azərbaycanlıların ermənilər tərəfindən öldürülməsi xəbərlərini eşidirdik".

Bu hadisələrdən bir qədər sonra atam bizə başqa rayona gedəcəyimizi söylədi. Elə bildim ki, harasa qonaq gedirik, qayıdacağıq. Lakin bir daha kəndimizə qayıda bilmədik".

Qeyd edək ki, 20-ci əsrdə Ermənistandan azərbaycanlıların sayca 3-cü, 1988-89-cu illər deportasiyası nəticəsində 220 mindən artıq azərbaycanlı erməni vəhşiliyinə tab gətirə bilmədiyindən doğma yurd-yuvalarını tərk edib.


25 Apr 2024
Siyasət

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - YENİLƏNİB + FOTO

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər.

25 Apr 2024
Siyasət

İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO

Azərbaycanda səfərdə olan Qırğızıstan Prezidenti Sadır Japarova Qarabağ atı hədiyyə edilib.

25 Apr 2024
Siyasət

Mikayıl Cabbarov: “Son 5 ildə özəl sektorda 385 mindən çox iş yeri yaradılıb”

“Azərbaycanda 2019-cu ildən bu günə qədər özəl sektorda 385 mindən çox iş yeri yaradılıb”.

25 Apr 2024
Siyasət

Qırğızıstan prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb - FOTO

Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycan Respublikasına dövlət səfəri aprelin 25-də başa çatıb.

25 Apr 2024
Siyasət

Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov birgə nahar ediblər.